Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vəkilə fiziki güc tətbiq etmiş şəxslər qanunla nəzərdə tutulmuş şəkildə ciddi cəzalandırılmalıdırlar

Vəkilə fiziki güc tətbiq etmiş şəxslər qanunla nəzərdə tutulmuş şəkildə ciddi cəzalandırılmalıdırlar


Newscenter.az.1.06.2019. "Güc strukturlarından birinin əməkdaşları tərəfindən bir vəkilin döyülməsini ciddi şəkildə tənqid edirik. Bu insident, vəkillik institutu ilə bağlı Ölkənin Birinci vitse-prezidentinin təşəbüsü ilə, yüksək vəzifəli məmurların və Parlamentin deputatlarının iştirakı ilə möhtəşəm bir tədbir keçirildiyi gün baş verir".

Newscenter.az xəbər verir ki. belə bir açıqlama iləı çıxış edən "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov deyib ki, ölkə rəhbərliyi tərəfindən vəkilliyin inkişafına hərtərəfli dəstək verildiyi, qayğı göstərildiyi bir dönəmdə vəkilə qarşı fiziki təcavüz edən, onu müdafiə etdiyi şəxsin və ictimaiyyətin gözündən salmağa çalışan şəxslər, dolayısı ilə dövlətimizin beynəlxalq imicinə xələl gətirməyi arzulayırlar:

"Bu adamlar qanunla nəzərdə tutulmuş şəkildə ciddi cəzalandırılmalıdırlar. Məsələyə Vəkillər Kollegiyasının rəhbərliyi tərəfindən dərhal və sərt reaksiya verilmişdir. Ümid edirik ki, bu özbaşınalıq cəzasız qalmayacaq. İctimaiyyət nümayəndələri olaraq məsələni diqqətdə saxlayacağıqıq".
Vəkilə fiziki güc tətbiq etmiş şəxslər qanunla nəzərdə tutulmuş şəkildə ciddi cəzalandırılmalıdırlar
Xəbəri paylaş