
"Azərbaycan hər zaman dünya ədəbiyyatı və mədəniyətinə töhfələr vermiş mütəfəkkirlərə hörmətlə yanaşıb, hətta onların adlarının əbədiləşdirilməsi istiqamətində müəyyən addımlar atıb. Günümüzdə paytaxt Bakıda dünyanın məşhur mütəfəkkirləri, şair və yazıçıları, həmçinin Rusiya mədəniyyətinin nümayəndələrinin heykəlləri. abidələri mövcuddur. Ancaq maraqlıdır ki, Rusiyanın informasiya resursları bütün bunları görməməzlikdən gələrək bu günlərdə Xankəndində İvan Ayvazovskinin abidəsinin sökülməsindən şou düzəltməyə çalışırlar. Hətta bir qədər də irəli gedib Azərbaycanın süverenliyi, ərazi bütövlüyünə dil uzadırlar. Bu artıq Rusiyanın qırmızı xətti keçməsi deməkdir. Hesab edirəm ki, belə bir kobud yanaşmanın ortaya qoyulmasının sifarişi birbaşa Kremldən gəlir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədriş. politoloq Arzuman Muradlı Xankəndi şəhərində erməniəsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsinə görə, bu şəhərin Rusiya informasiya resurslarında Stepanakert kimi təqdim edilməsinə münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri qeyd edib ki, sözügedən ifadələrinMixail Qusmanın uzun illər rəhbərlik etdiyi və əsassız yerə işindən uzaqlaşdırıldığı TASS informasiya agentliyində yayımlanması Azərbaycana qarşı açıq təxribatdır.
"Yaxşı olardı ki, Rusiya informasiya vasitələri Ermənistan paytaxtı, yaxud şəhərlərində hansısa azərbaycanlı mütəfəkkirin abidəsinin olub-olmadığını araşdırsınlar. Tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda böyüyüb boya-başa çatmış, Azərbaycan, eləcə də dünya ədəbiyyatına, elminə əvəzsiz töhfələr vermiş ziyalılarımızdan, ədiblərimizdən hansınınsa bu gün Ermənistanda abidəsi varmı? Təbii ki, yox. O zaman Xankəndində nə üçün erməni rəssamın heykəli olmalıdır?".
Arzuman Muradlı deyib ki, bütün bunlar onu deməyə əsas verir ki, Rusiya təkcə siyasi və iqtisadi deyil, informasiya məkanında da Azərbaycana qarşı cəbhə açıb və açıq-aşkar Moskva Bakıya qarşı infiormasiya savaşı aparır.
Süleyman