Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib

Azərbaycan qazının Suriyaya nəql olunma mərasimi keçirilib


Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.

"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə, Suriya və Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

İlk mərhələdə illik 1,2 milyard kubmetr qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına nəql olunacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində Suriyada 1200-1300 meqavatlıq elektrik enerjisinin istehsalı hədəflənir.
Xəbəri paylaş