
Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçala şəhər ofisində növbəti vətəndaş qəbulu keçirdi.
Newscenter.az xəbər verir ki, görüşdə təkcə Neftçala şəhərindən deyil Seyidlər, Tataraməhləkəndlərindən və Həsənabad, Bankə qəsəbələrindən də vətəndaşlar iştirak etdilər. Görüşə gələnlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə, məhəllələrin yolları, əlillik dərəcəsi, işsizlik, qəsəbədə və kəndlərdə su təchizatında yaranmış problemlərlə və əmək haqqları ilə bağlı bu və digər məsələlər ətrafında şikayətlərini, arzu və istəklərini deputatın diqqətinə çatdırdılar.
Vətəndaş qəbulunda vətəndaşları bir - bir dinləyəndən sonra deputat Tənzilə Rüstəmxanlı məsələlələrin həlli üçün öz köməkçilərinə tapırıqlar verdi və bu məsələlərin həlli üçün çalışacağını bildirdi.
Görüşdə iştirak edən bəzi şəhid ailələri və qazilərdə onlara olan deputat diqqətindən məmnun olduqlarını bildirdilər.
Vətəndaş qəbulunda Neftçala rayon İcra Hakimiyyətinin humanitar şöbə müdiri Vasif Əliyev də iştirak edirdi.
Süleyman