Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəfqətli əllər, mərhəmətli ürək sahibi

Şəfqətli əllər, mərhəmətli ürək sahibi


Gözəl bir atalar məsəlimiz var: "Allah dərd veribsə dərmanın da verib". Əsas odur ki, sağlamlığında nasazlıq yarananda savadlı, peşəkar həkimə rast gələsən. Mənim həkim məsələsində bəxtim gətirib. Müraciət etdiyim bütün uzmanlar sağlamlığımı bərpa etməkdən ötrü sözün əsl mənasında can yandırıblar. Bu günlərdə ürəyimdə yaranan narahatçılıqla bağlı Yeni Klinikaya müraciət etməli oldum.


Milli Mətbuatımızın 150 illiyi münasibətilə mənə ən böyük hədiyyəni doktorum, Ürək Damar Cərrahı, Yeni Klinikanın ÜDÇ şöbəsinin müdiri Mətin Hadızadə verdi. Rəhbərlik etdiyi peşəkar tibb heyətinin səyi, şəfalı əlləri və mərhəmətli ürəyinin hökmü ilə mənu yenidən həyata qaytardı. Belə ki, iyulun 21-də baş tutan açıq ürək əməliyyatından uğurlu nəticə əldə olundu.

Belə bir deyim var, həkimin xəstəyə xoş münasibəti uğurlu müalicənin başlanğıcıdır. Bu baxımdan həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır. Məhz belə olduğu halda vətəndaş məmnunluğu yarana bilər.

Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə dayanan, onların qayğısına qalan həkimlər el-obada həmişə xətir-hörmət sahibi olublar. Çəkinmədən deyərdim ki, belə həkimlərdən biri də Yeni Klinikanın Ürək Damar Cərrahiyə şöbəsinin müdiri Mətin Hadızadədir. Artıq əməliyyatdan sonra ilkin müayinədən keçdim, nəticələr sevindiricidir.

Doktoruma və onun peşəkar komandasına, eləcə də Yeni Klinikanın bütün tibbi heyətinə təşəkkürümü bildirirəm .

Alim Hüseynli
Xəbəri paylaş