Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?

 AMEA-nın əməkdaşları üçün tikilən mənzillər kimlərə satılıb?


Newscenter.az.13.06.2019. Veteninfo.az-ın redaksiyasına Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqaqxansının sakinləri adından yazılı müraciət daxil olub. Müraciətdə AMEA-nın prezidenti Akif Əlizadənin rəhbərliyində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin və AMEA-nın işlər müdiri Fətəli Abdullayev, AMEA-nın Hüquq şöbəsinin müdiri Rasim Ağasiyev, İşlər müdirinin müavini Sərdar Əliyev, AMEA-nın Həmkarlar İttifaqının sədri Habil Qurbanovun onalrın başına açdıqları misli görünməmiş saxtakarlıqlarla bağlı geniş fikirlər yer almaqdadır.

Veteninfo.az redaksiyası olaraq göndərilən müraciəti olduğu kimi təqdim edirik :

Yazıb sizə bildirmək istəyirik ki,artıq yeddi ildir ki, biz qeyd olunan ünvanda yaşayan sakinlərdövlət başçısının verdiyi sərəncamı öz xeyrinə yönəldib,mənzil alveri ilə məşğul olan AMEA prezidenti Akif Əlizadə rəhbərliyində AMEA-nın vitse - prezidenti akademik İbrahim Quliyev, AMEA-nın işlər müdiri Fətəli Abdullayev, AMEA-nın Hüquq şöbəsinin müdiri Rasim Ağasiyev, İşlər müdirinin müavini Sərdar Əliyev, AMEA-nın Həmkarlar İttifaqının sədri Habil Qurbanov kimi AMEA-da yüksək vəzifə tutan özbaşına məmurların qarşısında aciz və acınacaqlı vəziyyətdəyik. AMEA rəhbərliyinin yaratmış olduğu Mənzil bölgü komisiyasının işi isə onlara verilən səlahiyyətlərdən istifadə edərək bizim mənzil almaq hüquqlarımızı tapdamaqdan ibarətdir. Bu zaman ərzində biz sakinlər nə qədər dövlət idarəetmə orqanlarının və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvekilinin (OMBUDSMAN) qəbullarında olsaq da AMEA rəhbərliyinin nüfuzu sadə vətəndaşın səsindən üstün tutularaq müraciətlərimiz nəticəsiz qalmışdır. Artıq AMEA rəhbərliyi öz işinin ikinci mərhələsinin təməlinin qoymağa başlayıb, belə ki, sökülməsi haqqında sərəncamı hələ 2012-ci ildə imzalanan, Aspirantlar yataqxanasını əlində rıçaq kimi saxlayaraq tikinti şirkətindən yeni paylar almaq sevdası ilə boşalan otaqlara AMEA-nin magistrlarını və doktorantlarını yerləşdirməyi həyata keçirir. Sizlərdə KİV-lərdə isə insanlığa, elmə, alimədəyər verirmiş kimi şoular hazırlayaıbxəbərlər nümayiş etdirdiyinin şahidisiniz. Bəs bizim vəövladlarımızın pozulan mənzil hüququ, yaşadığı həyat tərzi, bu gənclərın sağlamlığı və gələcəyi, bu qədər ziyalının taleyi necə olur ki, AMEA rəhbərliyinin biganəliyinin qurbanı olur. AMEA rəhbərliyinin bu günkü can - fəşanlığı gün kimi aydındır, yeni mənimsəmə yollari axtarılır, yoxsa sökülməyini gözləyən yataqxana binası son yeddi il ərzində də burada idi və təmirə də külli ehtiyacı var idi.AMEA rəhbərliyi ictimaiyyətin gözündən pərdə asıb, öz nüfuzundan və tutduğu vəzifədən sui-istifadə edir hər addımbaşı Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycanın ratifikasiya etdiyi konvensiyalar üzrə biz sadə vətəndaşları layiqli həyat səviyyəsini təmin etməməklə yaşamaq hüquqlarını pozaraq Azərbaycan Respublikası üçün önəm kəsb edən sferada əhəmiyyətli pozuntulara yol verərək bizi dolayı yolla dövlətdən narazı salır.

Hörmətli redaksiya məlumunuz olsun ki, AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun 22 Fevral 2012- ci ildə 01-3-149 sayli müraciətindən sonra Cənab Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhər İcra hakimiyyətinin 564 saylı sərəncamına əsasən A. M.Şərifzadə 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəratinin yaxşılaşdırılması məqsədi ilə həmin yataqxananın sökülməsi, eyni zamanda yataqxananın həyətyanı sahəsində yeni yaşayış binalarının tikilməsinə icazə verilmişdir. Bundan sonra 08.11.2012-ci il tarixdə AMEA-nın Aspirantlar yataqxanasının sakinləri ilə (118 ailə) yataqxananın komendantı Azər Quliyevin və "Evrostroy-S”( indiki Sipark) MMC-nin nümayəndəsi Bəxtiyar Təhməzovun iştirakı ilə iclas keçirilmiş, yataqxanada daimi qeydiyyatda olub faktiki yaşayan hər bir ailəyə sahəsi 65 kv. metrdən az olmayan mənzilin yuxarıda qeyd olunanünvanda olması şərti ilə verilməsi qərarı qəbul olunmuş, 118 ailə tərəfindən razılıq protokolu imzalanmışdır. 14.11.2012-ci il tarixdə "Sifarişçi”AMEA və "Podratçı” Evrostroy-S ( indiki Sipark) MMC arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilədə Aspirantlar yataqxanasına məxsus 0,66 ha həyətyanı sahədə 1 (bir) ədəd 4(dörd) girişli 16 (on altı) mərtəbəli yaşayış binasının tikintisini şirkət öz üzərinə götürmüşdür. Müqavilənin 1.3 bəndində"Podratçı” AMEA-ya məxsus yuxarıda qeyd olunan ünvanda yerləşən yataqxanada yaşayan Akademiya əməkdaşları və sakinləri üçün öz vəsaiti hesabına inşa etdirdiyi Igirişli 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla "Sifariçi”yətəhvil verməyi öz üzərinə götürdüyü qeyd olunmuşdur. İnşaat pasportunda isə I və II bloklar yataqxana sakinləri üçün nəzərdə tutulmuşdur. Nəhayət nəzərdə tutulmuş binalarıntikintisi başa çatdıqdan sonra bizim üçün ayrılan hər biri 65, 72, 78m2mənzil sahəsi olan I və II bloklar satışa çıxarıldı. 2014-cü ildə "Sifarişçi”ilə "Podratçı” arasında 2012-ci ildə bağlanmış Podrat müqaviləsində dəyişikliklər edilərək müqaviləyə əlavələr olundu və yeni sərəncamla hər biri 65, 99,108,78, 86 m2 mənzil sahəsi olan V blokun inşasına başlandı. Bu dəyişikliklər haqqında isə biz yataqxana sakinləri müqavilədə üçüncü tərəf belə deyil,predmeti olduğumuz üçün məlumatlandırılmadiq. Gələcək taleyimizin sükanı artıq AMEA rəhbərliyinin əlində idi. Beləliklə 13.06.2017 tarixdə AMEA rəhbərliyi və Mənzil komissiyası dırnqarası püşkatma yolu ilə ədalətsiz bölgüyə imza atdı. Bəzilərimizi ixtisar altında işdən azad etməklə, qulaqdan dolma bəhanlərlə əvvəlcədən bu günkü gün üçün zəmin hazırlayıb, formal meyarlar əsasında mənzil bölgüsü aparan Mənzil komissiyası bizləri mənzil almaqdan məhrum etdilər. Nəticədə 06.11.2017 tarixində AMEA rəhbərliyi və Mənzil komissiyası yeni sürprizlərlə dolumənzil bölgüsünü "qanuni” şəkildəgöstəriş xatirinə başa çatdırdığını elan edib, apardıqları səriştəsiz mənzil bölgüsünə "mənzil kompaniyası” donu geyindirərək mənzillərin ”hədiyyə” olunduğunu pafosla qeyd etdi. Hansı ki, həmin mənzillərin 6-sı qeyri yaşayış massivi olan zirzəmidə yerləşir. Birinci püşk atmada iştirak edən 10 ailəni mənzil almaq hüququndan məhrum edərək bizim sıralarımıza qoşdular. Nəzərinizə çatdırırıq ki, bu 10 ailənin 6-sının ailə başçısı AMEA-nın müxtəlif insitutlarında yarımnövbəli, digər 4 nəfər isə tamnövbəli iş təcrübəsinə malikdirlər. (AMEA rəhbərliyinin apardığı mənzil bölgüsünün üzərindən 8 ay keçdikdən sonra rəhbərliyə yuxarılardan verilən "göstəriş” əsasında 0,5 şıtatla işləyənlərin 4-ə(Fəlsəfə doktoru) mandsard qatindan, 2-ə ( iki fəlsəfə doktoru, bir elmlər doktoru) ( 0,5 şıtat),1-ə (vahid şıtat) Buzovna qəsəbəsində yerləşən nəməlum fiziki şəxsə məxsus binadan, kənardan gələn 1 nəfərə isə V blokun zirzəmisindən mənzil ayıraraq əvvəlcədən verdikləri qərarı ləğv edib yeni qərar çıxarmışdılar). 7 ailəni isə bütün mövcud qnunları pozaraq Masazır qəsəbəsində və artıq şəhər statusu almış Xırdalan şəhərində yerləşdirdilər. Hətta bu yaşayış binaları Evrostroy-S ( indiki adı Sipark ) şirkətinə belə aid deyil. Bütün bunlar yetməzmiş kimi kənardan gələn bu yataqxanaya aidiyyatı olmayan 17 ailəyə isə mənzilləri "hədiyyə” etdilər. Bu gun biz AMEA rəhbərliyinin və Evrostroy-S ( indiki Sipark) MMC şirkətinin birgə həyata keçirdiyi səriştəsiz layihənin mənzil almaq hüquqları tapdanmış qurbanlarıyıq. Artıq çox əlacsız qalmışıq və heç bir çıxış yolumuz yoxdur.AMEA rəhbərliyinin oyunlarından cana doymuşuq, dövlətin bütün idarə etmə orqanlarına, təşkilatlrına müraciət etdiksə səsimizə səs verən, problemimizi həl etmək istəyən tapılmadı. Bu müraciəti isə vətəndaşı olduğumuz ölkəmizi sevdiyimiz üçün ünvanlayırıq. Beləki sual olunur- 50-dən artıq ailə (hər ailədə 3-4 nəfərdən ibarət olmaqla) günlərin birində xarici ölkə səfirlikləri qarşısına yığışıb sığınacaq istəsə bunun günahgarı kim olacaq, həmin vaxt ölkə başçısının haqlı suallarına kim cavab verəcək, bunun mənəvi yükünü, məsuliyyətini kim və ya kimlər daşıyacaq. Biz dövlət, hakimiyyət, millət anlayışlarını yaxşı başa düşürük və bu günə qədər susma səbəbimiz də məhz sadaladığımız faktorlardır. Bizlərin ya özü ya da ailə üzvləri bu dövlətə, bu millətə, bu hakimiyyətə canını, malını qurban etmiş şəxslərdir. Biz bu ölkəyə layiqli vətəndaş,cəmiyyətə yararlı, millətini, vətənini sevən övladlar yetişdirmişik. Yaranmış vəziyyətdə biz valideynlər öz övladlarımıza necə sübut ede bilərik ki, biz qanuni dövlətdə yaşayiriq və bu dövlətdə haqq-ədalət pozulmur. Azərbaycan Respublikası kifayət qədər inkişaf etmiş və kifayət qədər maddi imkanlara malik olan bir dövlətdir. Bu gün isə Akif Əlizadə, İbrahim Quliyev, Fətəli Abdullayev, Habil Qurbanov, Sərdar Əliyev kimiləri villalarda yaşasalar da, yenə də gözləri kasıb-kusubun 50-60 kv.metrlik mənzilinə dikilmiş, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında 20 ildən artıqdır ki, qeydiyyatda olmaqla faktiki yaşayan ailənin mənzil haqlarını mənimsəyir. Vətəndaşı olduğumuz ölkədə məruz qaldığımız hüquq pozuntularından cana doymuş, yaşadığımız yataqxananın həyətində inşa edilmiş binada haqqı ola-ola mənzil əldə etmək hüququ tapdanmış, övladları qarşısında aciz duruma salınmışziyalılar və valideynlər AMEA rəhbərliyinin onlara verilən səlahiyyətlərdən sui - istifadə etməklə yaratdıqları maneələr nəticəsində səsimizi, bu əsnada problemlərimiziDövlət Başçısına çatdıra bilmi

Hörmətli redaksiya, məmur özbaşınalığının nəticəsində hüquqları pozulmuş ailələrin mənzil almaq hüququnun təmin edilməsi istiqamətində və biz sadə vətəndaşların bu tale yüklü probleminin nəhayət öz həllini tapmasındayaxından iştirak etmeyinizi xahiş edirik.

Hüquqları pozulmuş yataqxana sakinləri.

Redaksiyadan: Qeyd edək ki, müraciət yazılı şəkildə də redaksiyamıza təqdim olunub . Bu müraciəti Nadir Həsənov, Əsədulla Abdullayev, İradə Abdullayeva, Şəhla Ağamalıyeva, İqor Ağamalıyev, Şölə Orucova olmaqla ümumilikdə 32 nəfər Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqaqxansının sakinləri öz şəxsiyyət vəsiqələri ilə imzalayaraq göndəriblər.

AMEA-nın prezidenti Akif Əlizadə başda olmaqla digər məsul şəxslərin də mövqeini dərc etməyə hazırıq.

Vətəninfo.az
Xəbəri paylaş