Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?

Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?


Newscenter.az.13.06.2019. Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev ağlasığmaz bir açıqlama verib.
Ağacan Əbiyev: "Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır?" - deyə, dünənki biabırçı məğlubiyyətə münasibət bildirib.
"Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. (Doğru olabilir ) Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar" - deyə deputat deyib. (Bence yanlış bir söylenti Sen halkın agası değil halka hizmet için ordasın )....!

Anlamadım?! Azarkeşin işi nədir ki?! Bəlkə uzun zamandır boksla məşğul olduğuna görə Ağacan bəy unudub ki, azarkeş kimdir?! Millətin seçdiyi vəkil! Azarkeş olmasa futbol olmaz! Azarkeş olmazsa ümumiyyətlə idman olmaz! Onların nəyə ixtiyarları var, nəyə yoxdur əslində siz yaxşı bilməlisiniz. Komanda uduzursa, azarkeşlərin fikrinin əhəmiyyəti yoxdur nə deməkdir?! Siz də Azərbaycan bayrağını yüksəldərkən belə düşünürdünüz? O qaldırdığınız bayraq həmin azarkeşlərin, millətimin bayrağıdır! Və millət bayrağının heç vaxt yenilməsini və gülünc vəziyyətə qoyulmasını istəmir. Hər oyuna bayraqla gələn, sizin sözlərinizlə desək gərəksiz azarkeşlər milli oyunçularından nəticə gözləyir. Və hər zaman da nəticəsiz və pərt geri dönür. Odur ki, milli istefaya da göndərə bilər, təşəkkür də edə bilər. Siz isə AFFA-dakı yalnış idarəetməni dəstəkləyərək, futbolu məhv edirsiniz!

"Nədənsə bizim azarkeşlərin işi futbolçuların pulunu saymaqdır. Onu da düzgün saya bilmirlər" - deyə, Ağacan Əbiyev qeyd edir. Təbii ki sayacaqlar. Çünkü futbola xərclənən küllü miqdarda pullar elə həmin azarkeşin pullarıdır. Azərbaycan xalqının puludur. Ona görə də hesab verəcəksiniz! Mənasız transferlərə fantastik pullar xərcləyib, öz pulumuzla özümüzü biabır edirsiniz. Hesab verin azarkeşə! Saygılı olun Lütfen.
Mübariz Mənsimov, "Palmali" Şirkətlər Qrupunun prezidenti
Xəbəri paylaş