Newscenter.az.14.06.2019. Böyük Britaniyada vaxtilə cadugərlikdə ittiham edilən insanların həbsxanası olmuş, hazırda isə səliqəli evə çevrilmiş kiçik bina 305 min dollara satışa çıxarılıb.
"Newscenter.az"ın məlumatına görə, bu barədə "Live Science" bildirib.
Qeyd edilir ki, binanın sahibi Vanessa Mitçell onu üçüncü dəfə satmağa çalışır. Yerli mətbuatın iddiasına görə, o, bir vaxtlar "Qəfəs" adlandırılmış həbsxanadan daha əvvəl - "sirli qan damcıları"nı aşkar etdikdən və guya acıqlı kabuslar tərəfindən "hücuma" məruz qaldıqdan sonra köçüb.
Hazırda binanın potensial alıcılarını binanın keçmişi, həmçinin evin tez-tez televiziya kameralarının diqqətində olması barədə xəbərdar edirlər.
Qeyd edilir ki, 1582-ci ildə keçirilmiş məhkəmə prosesi zamanı 14 qadın cadugərlikdə ittiham edilib. Onlardan 3-ü edam olunub. İttiham edilənlərdən biri, dar ağacından asılmaya məhkum edilmiş Ursula Kempin adı binanın divarlarından birində asılan xatirə lövhəsində əbədiləşdirilib.
1921-ci ildə keçmiş həbsxananın bağında iki skelet aşkarlanıb. Ekspertlərin sözlərinə görə, sümüklər cadugərlikdə ittiham edilmiş qadınlara aid olub.
Anar