Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib

Müddətsiz müqavilə əsasında 4053 müəllim işə qəbul edilib


Newscenter.az.14.06.2019. Başa çatmaqda olan tədris ili ərzində müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib.

Təhsil Nazirliyindən Newscenter.az-a bildirilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı 51 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
R.Mehdiyeva
Xəbəri paylaş