Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı

Tanınmış aktrisa barəsində həbs qərarı çıxarıldı


Newscenter.az.14.06.2019. İtaliya məhkəməsi saxta tibbi arayış təqdim edərək Pordenonedə tamaşada iştirak etməkdən boyun qaçırmış məşhur aktrisa Ornella Muti barəsində hökm çıxarıb.

Bu barədə "Newscenter.az" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, məhkəmə aktrisanı yarım illik həbs cəzasına və cərimə ödənişinə məhkum edib. Aktrisa dəmir barmaqlıqlar arxasına düşməkdən yalnız teatra 30 min avro cərimə ödəyəcəyi təqdirdə xilas ola biləcək.

Xatırladaq ki, 2010-cu ildə Pordenone Teatrının rəhbərliyi Ornella Mutini saxta tibbi arayışla bağlı məhkəməyə verib. Məlum olub ki, o, tamaşa vaxtı xəstələnməyib. Ornella Muti həmin vaxt Amerika aktyoru Kevin Kostnerlə birlikdə Sankt-Peterburqda xeyriyyə mərasimində şam yeməyində iştirak edib.
Anar
Xəbəri paylaş