Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutunun nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib



Newscenter.az.27.06.2019. Əfqanıstanın Kabil şəhərində Beynəlxalq İmam Əbu Hənifə Simpoziumu keçirilib. Newscenter.az-a İlahiyyat İnstitutundan bildirilib ki, Əfqanıstan Respublikası Həcc və Din İşləri Nazirliyinin təşkilatçılıq etdiyi tədbirdə dünyanın on beş ölkəsindən 50-yə yaxın əcnəbi qonaq, ölkə daxilindən isə 3000-dən artıq din alimi, mütəxəssislər iştirak ediblər.

Konfransda Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni, vitse-prezident Sərvər Daniş, Həcc və Din İşləri naziri Əbdülkərim Münib və digər rəsmilər iştirak ediblər.

Simpoziumda ölkəmizi Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov və sözügedən ali təhsil müəssisəsinin müəllimi Elvüsal Məmmədov təmsil ediblər.

Simpoziumun son günündə Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni öz iqamətgahında simpoziumda iştirak edən xarici qonaqların şərəfinə rəsmi ziyafət verib.
Xəbəri paylaş