Newscenter.az.27.06.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar Pedaqoji Şuraların iclasları keçirilir. Newscenter.az xəbər verir ki, iclasların keçirilməsində əsas məqsəd il ərzində görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.
Pedaqoji Şuraların iclaslarında məktəb direktorlarının və müavinlərin məruzələri, müəllimlərin hesabatları dinlənilir, dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilir.
İclaslarda buraxılış imtahanlarının və BSQ-lərin nəticələri, yay tədris tapşırığı olan şagirdlərlə işin təşkili, fərqlənmə attestatlarına namizədlər barədə ətraflı məlumatlar verilir.
Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, təlim-tərbiyə prosesinin təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, psixoloji xidmət və digər mövzular ətrafında müzakirələr aparılır. Şura iclaslarında müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verilir.
Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilir, müəllimləri maraqlandıran suallar cavablandırılır.
Pedaqoji Şuraların toplantılarında 2018-2019-cu tədris ili ərzində məktəbin ictimai işlərində fərqlənən müəllimlər Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunurlar.
R.Mehdiyeva