Newscenter.az.27.06.2019. Rusiyanın Buryatiya Respublikasında baş verən təyyarə qəzasının video görüntüləri yayılıb.
Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, qəza anına dair kadrlar göyərtədəki sərnişin tərəfindən lentə alınıb. Xatırladaq ki, səhər saatlarında “An-24” sərnişin təyyarəsi qəza enişi edib.
Layner uçuş-enmə zolağından 100 metr kənara çıxaraq, binaya çırpılıb və alovlanıb. Nəticədə 2 pilot həlak olub, 22 nəfər xəsarət alıb. Yaralılardan 7-si xəstəxanaya yerləşdirilib.
Təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Nijneanqarskdan Ulan-Udey marşrutu üzrə uçan təyyarənin mühərrikində texniki nasazlığın olduğu güman edilir.