Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir



Newscenter.az.27.06.2019. “Türk Hava Yolları” uçuş xəritəsini genişləndirməkdə davam edir. Bu dəfə şirkətin qlobal şəbəkəsinə Nigeriyanın mühüm şəhəri olan Port Harkort daxil olur. Bu “Türk Hava Yolları”nın Afrikada 56-cı təyinat nöqtəsidir. Port Harkort və İstanbul arasında uçuşlar həftədə 4 dəfə keçiriləcək.

Newscenter.az-a daxil olan məlumata görə. Nigeriyada artıq Laqos, Kano və Abuca şəhərlərinə uçuşlar edən THYsiyahısını Port Harkort ilə genişləndirərək, uçuş şəbəkəsinə 311-ci məntəqəsini əlavə etdi. “Türk Hava Yolları” Afrikada ən çox uçuşlar edən aviaşirkət olaraq qalmaqda davam edir.

Beynəlxalq Port Harkort hava limanında baş tutmuş mətbuat konfransında “Türk Hava Yolları”nın regionda satış üzrə Vitse-prezidenti Kerem Sarpbildirib ki, yeni istiqamət aviaşirkətin Afrika qitəsində genişlənməsində xüsusi rol oynayacaq:” Port Harkort “Türk Hava Yolları”nın Nigeriyada 4-cü təyinat nöqtəsidir. Şirkətimiz mədəniyyətlər arasında körpü rolunda çıxış etməkdə davam edir. Biz müştərilərimizə rahat uçuşun üstünlüklərini təklif etməkdən məmnunluq duyuruq”.
Xəbəri paylaş