Newscenter.az.1.07.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə xeyli sayda tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Ford Tranzit 125T350M" və Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz-2108" markalı avomobillər saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 5000 və 12200 ədəd olmaqla, ümumilikdə 17200 ədəd "King" markalı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.