Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəvvarları daşıyan avtobus Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur



Newscenter.az.1.07.2019. İyunun 29-da Azərbaycandan İranın Məşhəd və Qum şəhərlərinə ziyarətə gedən 41 nəfər sərnişinin-zəvvarın olduğu İran daşıyıcısına məxsus 11E771-10 dövlət qeydiyyat nişanlı avtobusda Ərdəbil vilayətində texniki nasazlıq səbəbindən yanğın baş verib. Aldığımız ilkin məlumata əsasən hadisə nəticəsində xəsarət alan olmayıb.

Newscenter.az Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, zəvvarları daşıyan avtobus nəzarətdə olmayan, aidiyyəti dövlət qururmlarında reysqabağı texniki müayinədən keçməyən, beynəlxalq marşrut üzrə sərnişindaşımada iştirakı razılaşdırılmayan, birdəfəlik səfər üçün Azərbaycandan İrana qanunsuz sərnişin daşıyan daşıyıcıya məxsusdur. Ötən həftə verdiyimiz məlumata əsasən bildirək ki, məhz Məşəd istiqamətində zəvvarlarımızı daşıyan bu cür qanunsuz xarici daşıyıcıların olduğunu nəzərə alaraq hazırda Azərbaycan və İran tərəfinin aidiyyəti qurumları tərəfindən Bakı-Məşhəd müntəzəm beynəlxalq avtobus marşrutlarının açılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu müddət ərzində sərnişinlərimizdən ricamız, bu şəkildə həyatlarını təhlükəyə atmaq əvəzinə, İran istiqamətində mövcud alternativ şəhərlərə olan qanuni daşımalarımızdan istifadə etsinlər.
Xəbəri paylaş