Newscenter.az.5.07.2019. Şəkidə Orta Zəyzid-Baş Zəyzid kəndlərini birləşdirən yolda yenidənqurma işlərinə yenicə start verilib.
Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 33 km təşkil edir. Bu respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və 18 km uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 km olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı,Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 51-ci km-dən ayrılan Daşüz kəndinin yollarıdır.
Layihə çərçivəsində yollar boyu zəruri ərazilərdə atmosfer sularının axıdılması üçün dəmir-beton küvetlər tikilib, 2 laydan ibarət yol əsası salınıb. Hazırda isə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi və 54 yol birləşməsinin təmiri işləri aparılır.
Əyriçay üzərində yerləşən və 60 metr uzunluğa malik avtomobil körpüsünün metal konstruksiyadan ibarət məhəccərlərin korroziyaya uğrayaraq əyildiyi, təkərqaytaran bloklarda aşınmalar, çatlar və sınmalar əmələ gəldiyi, hərəkət hissəsində asfalt örtük yararsız vəziyyətə düşdüyü üçün körpü əsaslı şəkildə təmir-bərpa olunur.
Anoloji işlər Şəki rayonunun Orta Zəyzid və Baş Zəyzid kəndlərini birləşdirən avtomobil yolunda da aparılır. Sözügedən yolun Orta Zəyzid kəndinə qədər olan 5 km-lik hissəsi III, Baş Zəyzid kəndinə qədər olan 2.2 km-lik hissəsi isə IV texniki dərəcələrə uyğun təkmilləşdirilir.
Anar