Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan yenə qarışdı



Newscenter.az.6.07.2019. Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısından başlayan yürüşdə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunur.

Yürüşçülər fit çalaraq "Qaxaria get!" şüarını səsləndirirlər.

Yürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına qədər davam edəcək.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və tərəfdatları da qoşulub.

Qeyd edək ki, ötən şənbə günü etirazçılar aksiyaların 10-cu günündə ilk “Azadlıq yürüşü”nü keçiriblər.
Xəbəri paylaş