Arzuman Abdulkərimov: "Əgər cəsarətiniz varsa mənə efir verin, sizlərin kim olduğunu öz meydançanızda xalqa göstərim"
Newscenter.az.6.07.2019. "Bir dəstə vətənsiz, moşennik, aferist ( erməni Ramiss, Xomeyni Qurban, kentavr Orduxan, düdəmə Qənimət, çaqqal Məhəmməd, “xanım” Osmanqızı, мать тереза Leyla, çe gevara Səid, bir sözlə: it ilxısı, köpək sürüsü) ölkədən qaçaraq it unu kimi dağılıblar dünyanın hər yerinə. Məqsədləri Azərbaycan üzərindən oyunlar quraraq pul qazanmaqdan başqa bir şey deyil. Çünki hər birini kifayət qədər yaxşı tanıyıram".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov səsləndirib. O, qeyd edib ki, onların hər biri yuxusunda özünü xilaskar kimi görür:
"İndi də başlayıblar bir-birini yeməyə. Başqa cür ola bilməzdi. Çünki maddi qarşılıq müqabilində iş görəndə, sonunda onu bölə bilməyəndə təbii ki, bir-birilərini yeyəcəkdilər. Bütün bunları qoyaq bir tərəfə. Keçək məsələnin digər tərəfinə. Deməli, komsomol Əli Kərimlinin qruppası Xomeyni Qurbanı “azerfreedom” obyekti vasitəsilə pul yığmaqda ittiham edirlər. Əvəzində görün Qurban nə deyir: Mən düdəmə Qənimət deyiləm ki, Azərbaycanın rüşvətxor və qorxaq məmurlarlndan pul alım. Hakimiyyət mənə milyonlar təklif etdi, amma mən ölərəm götürmərəm. Ay siz öləsiniz. Sizin topanız beş qəpiyə dəyməzsiniz. Ətrafınızda beş-on narazılıq virusuna yoluxmuş xəstələr var, elə bilirsiniz böyük zadsınız".
Arzuman Abdulkərimov daha sonra qeyd edib:
"Əgər cəsarətiniz varsa mənə efir verin, sizlərin kim olduğunu öz meydançanızda xalqa göstərim. Cəsarətiniz çatmaz. Sizin gücünüz ancaq rüşvətxor məmura çatar. Dövləti və milləti qarşısında alnı açıq olanların yanından yel olub ötə bilməzsiniz. Çünki sizin rüşvətxor məmurdan heç bir fərqiniz yoxdur. Sizdə onlar kimi çirkab içindəsiniz. Buyurun bu meydan, bu şeytan ( Allah şeytana lənət etsin). Top sizdə.
Yeri gəlmişkən, qənimətə pul ötürən məmur məsələsi diqqətimi çəkdi. Gərək bu məsələ ilə ciddi məşğul olaq".