Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan gələn qadının daxili orqanından heroin aşkar edildi



Newscenter.az.6.07.2019. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olan məlumata əsasən piyada yolla İran İslam Respublikasından gələn qadın Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, Azərbaycan Respublikası vətəndaşı olan həmin şəxsin üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülmüş 10 ədəd yumru formalı bağlamada, ümumi çəkisi 197 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş