Newscenter.az.6.07.2019. Çindən yola düşən daha bir blok qatar Azərbaycana çatıb. Abşeron Logidtika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib.
Mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər.
Newscenter.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, layihə bu ilin aprel ayında Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019- cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.
Mərasimdə çıxış edən nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Nazir Azərbaycanın Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinə ilk qoşulan ölkələrdən olduğunu vur]ulay;b. Bu ilin altı ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artdığını qeyd edib. Çinlə həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxışında blok qatarları ilə yüklərin çatdırılma müddətinin qısaldılması istiqamətində görülən işlərdən, dəmir yolunda aparılan islahatlardan danışıb. Əverişli coğrafi mövqeyə
malik, “Böyük İpək yolu”nun üzərində yerləşən Azərbaycanın TransXəzər Beynəlxalq Nğqliyyat Marşrutunun əsas iştirakçısı olduğunu qeyd edib. Ölkəmizin üzərindən keçən yüklərin həcminin daha da artması istiqamətində atılan addımlardan söz açıb.
Qeyd edək ki, “Sian-Bakı” ilk blok qatarı 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir.