Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşır



Newscenter.az.8.07.2019. İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşır.

Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a verilən məlumata görə, 5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idilər, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, küvetlər dolmuş və səth sularının kənarlaşdırılması çətinləşmişdir, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranmışdı. Bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, təxirəsalınmaz tədbirlərə start verilmişdir. Layihəyə uyğun olaraq, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib. Hazırda isə yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.

Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.
Anar
Xəbəri paylaş