Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədov ümumi maraqlar naminə birləşdirici rol oynayarsa, buna ancaq şad olarıq



Ayhan Dəmirçi: "Şadam ki, Füzuli müəllim belə bir təşəbbüslə çıxış edib və ümid edirəm ki, bundan sonrakı proseslər də ümumi işin xeyrinə gedər"

Newscenter.az.9.07.2019. İllərdir diaspor quruculuğu sahəsində aparılan işlər hələ də istədiyimiz effekti verməyib. Diaspor təşkilat sədrləri arasında qalmaqallar, parçalanmalar, ittihamlar daim milli maraqların qorunmasına ağır zərbələr vurub. Avropada bir çox diaspor təşkilatının hansısa əlamətdar və ya anım günlərində keçirdikləri aksiya və ya tədbirlərin isə heç bir çəkisi olmur. Çünki bu tədbirlərə yığışanlar elə özümüz oluruq, özümüz deyib, özümüz də eşidirik. Səsimizi Avropa mediasında ictimaiyyətə çatdıra bilmirik. Nöqsanlarımız, çatışmayan cəhətlərimiz çoxdur.

Mövzu ilə bağlı Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçi Avrasiya.net-ə müsahibə verib.

- Gələn ilin fevralında Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbəti qurultayı keçiriləcək. AAK-ın fəaliyyəti sizi qane edirmi və qurum Avropadakı diaspor təşkilatlarının fəaliyyətinə nə kimi təkanlar verib?

- AAK haqqında gəzən söz-söhbətləri, ondan olan şikayətləri onların fəaliyyətindən daha çox eşidirik. AAK-ın fəaliyyəti son illərdə daha çox nəzərə çarpırdı. Avropanın bir neçə ölkəsində keçirdikləri görüşlərlə bağlı mətbutda xəbərlər oxumuşdum. Ona görə mətbuatdan xəbər tutduğumu deyirəm ki, AAK bütün Avropa təşkilatlarını əhatə etmirdi. Rəhbərlik etdiyim Belçika-Azərbaycan Dostluq Təşkilatı və daha bir neçə tanıdığım təşkilatlar var ki, AAK-ın fəaliyyətindən xəbərləri ancaq mətbuatdan alırdıq və bu təşkilatın fəaliyyəti ilə bağlı başqa yerdən, təşkilatın rəhbərliyindən heç bir məlumat ala bilmirdim. Deməyim odur ki, AAK-ın Avropadakı diaspor təşkilatlarının hamısına hanısasa təkan verdiyni düşünmürəm.

- Avropada diaspor təşkilatlarımız arasında birlik və həmrəylik varmı, yoxdursa səbəbləri nələrdir?

- Birlik olduğunu iddia edə bilmərəm. Hər təşkilatın məsələlərə fərqli baxışı, yanaşması ola bilər və bu da təbiidir. Həmrəylik haqqında isə “yoxdur” deyə bilmərəm. Ümummilli məsələlərdə həmrəyliyin olduğu qənaətindəyəm. Hesab edirəm ki, Qarabağ, Xocalı faciəsi kimi məsələlərdə bütün təşkilatlar eyni cür düşünür.

- Ayhan bəy, diaspor təşkilatları arasında birlik yaratmaq üçün nələr etməyimiz lazımdır?

- Diasporun işinə çox müdaxilələr olur. Müdaxilələr olmzsa birləşmə, daha doğrusu, birlikdə hərəkət etmək özlüyündən qaydasına düşəcək. Bu anlamda bəlkə nəsə etmək yox, nəsə etməmək lazımdır. Bir də ki, istər diaspora aidyyatı olan komitə, istər mətbuatımız məsələlərə obyektiv və peşəkarcasına yanaşmalıdır. Hər kəsə qabiliyyətinə görə dəyər veriilməlidir, kimlərəsə yaxınlğına, “sözəbaxanlğına” görə və s. bu kimi məslələrə görə deyil.

- Müdaxilələri kimlər, hansı qurumlar edirlər və nəyə görə?

- Bəzi tərəf tutanlar, öz çıxarları, mənfəətləri üçün diaspora işinə baş vuranlar, diaspor təşkilatları arasında parçalanma yaratmaq istəyənlər var. Güneyli, quzeyli, türkiyəli deyə bəzi qruplaşmalar yaradır, medianı izləsəniz bunları görmək asandır. Biri ortaya türkiyəli türkləır haqqında bir iftira, olmayan söz deyir, bəzi azərbaycanlılar və ya başqaları da daha kəskin ifadələrlə ona dəstək olur. Belə şəxslərə xəbərdar etməyimizə baxmayaraq bir müddətdən sonra yenə çirkin hərəkətlərində olurlar. Diaspor işində hər kəs belə insanlarla mübarizə aparmalıdır ki. xoşəgəlməz hallar baş verməsin.

- Xeyriyyəçi, iş adamı Füzuli Məmmədov Rusiyada Azərbaycan diasporlarını bir araya gətirdi - Rusiya Azərbaycanlıları İttifaqı yaratdı. Onun bu təcrübəsi və xeyriyyəçiliyini Avropada və digər ölkələrdə yaymaq işimizə hansı müsbət təsirlər göstərə bilər?

- Mətbuatdan Füzuli müəllimin Rusiyadakı fəaliyyəti barədə xəbərləri izlədim. Şadam ki, Füzuli müəllim belə bir təşəbbüslə çıxış edib və ümid edirəm ki, bundan sonrakı proseslər də ümumi işin xeyrinə gedər. Əlbəttə ki, Füzuli müəllimin təcrübəsindən, gücündən, həmçinin bütün təcrübələrdən, güclərdən yararlanmaq lazımdır. Ümumi işin xeyrinə ola biləcək hər bir təklif dəyərləndirilməlidir. Avropadakı diasporumuz Rusiyadakı kimi deyil. Əvvala buradakı təşkilatlarımız hərəsi bir ölkədə fəaliyyət göstərir və hər yerin də öz qaydaları var. Ancaq ümumi maraqlar naminə bir yerdə hərəkət etmək olar və əgər Füzuli müəllim bu istiqamətdə birləşdirici rol oynayarsa buna ancaq şad olarıq.

- Diaspor Komitəsi bazi ölkələrdə Koordinasiya şuraları yaradır. Bu diaspor fəaliyyətinə hansı mənfi və müsbət təsirlər göstərə bilər?

- Mənə elə gəlir ki, bu şuralar bütün təşkilatları əhatə edə bilmədi. Hər halda Belçika və Niderlandda belədir. Bu iki ölkəni əhatə edən Koordinasiya Şurasında burda fəaliyyət göstərən təşkilatların heç 50 faizi belə cəm olmayıb. Konkret bir plan, məqsəd olmayınca nəyəsə nail olmaq asan deyil. Yalandan ad dəyişməklə bir şey olmaz, gərək məzmun dəyişsin. Biz təmtəraqlı adlar barədə deyil, görəcəyimiz işlər barədə düşünməliyik.
Xəbəri paylaş