Newscenter.az.11.07.2019. “Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır. Nikol Paşinyan Qərbdən gözlədiyi tam dəstəyi ala bilmir və getdikcə proseslər onun əleyhinə işləyir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, özlərini demokrat adlandıran elektorat ölkədə bir hakimiyyətlilik formalaşdırır:
“Nikol Paşinyan hazırda özünü qanunlardan da ali sayaraq yalnız, öz sisteminin möhkəmlənməsinə çalışır. Onun "Qarabağ klanı" ilə siyasi mübarizəsi yeni qarşıdurma müstəvisinə keçir. Qeyd edim ki, Paşinyan işğal olunmuş ərazilərdə qondarma rejimdə keçiriləcək "prezident seçkilərində" öz namizədinin qalib gəlməsinə çalışır. Gələn ilə kimi R. Koçaryanı həbsdə saxlamaqla Qarabağ klanının Xankəndindəki nəvəsini zərərləşdirməyə çalışır. Bu istiqamətdə Sarkisyanın düşməni Samvel Babayanın əli ilə Xankəndində nümayişlərə start verməyə başlayıb. Bununla o, Bako Saakyan və Vitali Balansanyanın ñövbəti planın qarşısına S.Babayanı çıxarır”.
Politoloqun sözlərinə görə. əgər, gələn il Paşinyan Xankəndində qondarma qurumda öz adamını rəhbər gətirə bilsə, Koçaryanı həbsdən azad edəcək və demək olar ki, Qarabağ klanını tam zəiflədəcək:
“Rusiyanın proseslərə müdaxiləsinə gəldikdə isə, Kreml soyuqlar yaxınlaşdıqca Paşinyana qarşı enerji daşıyıcılarının qiymətlərini qaldıracaq. Məhz bu təzyiqi neytrallaşdırmaq üçün Paşinyan Tehrandan istehlak üçün qaz anlaşmasına gedir. Göründüyü kimi Ermənistanda mövcud vəziyyət Paşinynanın Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı bir müsbət təşəbbüsü olmayacaq. Əsas etibarilə Paşinyan Qarabağda öz adamını rəhbərliyi gətirməyə çalışır. Bundan sonra danışıqlarda müəyyən proseslər canlana bilər. Qeyd edim ki, hazırda Paşinyan danışıqlarda maraqlı deyil və növbəti işğal olunmuş ərazilərdə seçki şousuna gedir. Burada Qarabağ klanı ilə ölum-olum mübarizəsi başlayacaq”.
Məhəmməd Əsədullazadə deyib ki, cəbhədə Azərbaycanın təzyiqə getməməsi görünür:
“Bununla baş verən proseslərdə Qarabağ klanını sistemdən uzaqlaşdırmaq üçün Paşinyana növbəti şans tanınıb. Xarici işlər nazirlərinin Vaşinqton görüşündə gizli detallarda məhz atəşkəsə tam riayət olunmasının razılaşdırılmasının arxasında yeni bir mərhələnin olduğu nəzərə çarpır”.