Newscenter.az.12.07.2019. Bu il Bərdənin soğan əkini sahələrində fermerlərdən soğanın kiloqramı 30 qəpikdən alınıb. Fermerlər bildirir ki, qiymətlərin bundan aşağı olması onlar üçün sərfəli deyil.
Fermer Elmar Qasımov FED.az –a bildirib ki, bu il 11 hektar sahədən 600 ton soğan yığıb. Onun sözlərinə görə, bu ilki vəziyyət ötən ildəkindən olduqca yaxşıdır.
Eləcə də bax: «Məhsulu xaricə iki qat qiymətə sata biliriksə niyə də satmayaq» – ÇİYƏLƏK BİZNESİ
"Soğan mal-qaraya qismət oldu"
Fermerin sözlərinə görə, ötən il təsərrüfat zərərlə başa gəlib.
“Qoyduğumuz mayanı götürə bilmədik. Hətta başıma belə bir iş gəldi. Əvvəl istədik ki, sahəyə mal qaranı buraxaq ki, sahədə qalan soğanı yesin. Bu zaman bir nəfər məndən xahiş etdi ki, ona icazə verim soğanı yığıb aparıb satsın. Mən də icazə verdim. Amma bir neçə gün sonra gördüm ki, həmin adam sahəyə yaxın gəlmir. Səbəbini sorşanda dedi ki, sərf etmir. Hətta fəhlələrin pulunu çıxara bilmir. Baxın bütün sahəni əkib becərmişəm, bütün xərcləri mən etmişəm amma adam bircə malı yükləyib aparıb satmalıdır bazarda yenə sərf etmir” – deyə Elmar Qasımov bildirib.
Fermerin sözlərinə görə bu il onlar üçün çox yaxşı olub. Belə ki, Kənd Təəsrrüfatı Nazirliynin yaratdığı şərait nəticəsində məhsulları xarici bazara çıxıb.
“Ötən il elə olmuşdu ki, sahədə 300-400 soğan qalıb xarab olmuşdu. Çünki məhsul çox idi. Həm də xarici ölkələr bizim soğan istehsalımızdan xəbərləri yox idi. Amma bu il çox yaxşı oldu . Elə təkcə məndən Polşadan, Ukraynadan, Rumıniyadan Bolqarıstandan və Rusiyadan gəlib soğan alıb apardılar. Əgər Kənd Təsərrüfatı xarici bazarlara məhsul çıxarmağa imkan yaratmasaydılar yenə məhsulumuz xarab olacaqdı" – deyə Elmar Qasımov bildirdi.
“Əvvəl əsasən Gürcüstandan alıb aprırdılar soğanı. O da o zaman baş verir di ki, qiymət onlara sərf etsin. Misal üçün elə olub ki, kilosunu 15 qəpiyə də satmışıq elə də olub ki, 25 qəpiyə . Birazdan soğanın kütləvi yığınına başlanacaq ki, bu zaman soğanın bir kisəsi 5 -6 manat olacaq. Onda Gürcüstandan olan alıcılar axışacaq bizim bazara. Ötən il soyuducuya vurduğumuz soğanı Türkiyədən olan alıcılar alıb apardı.” – deyə feremer bildirdi.
Elmar Qasımovun sözlərinə görə, azərbaycanlı fermerlər qiyməti qaldrıan kimi Gürcüstandan olan alıcılar soğanı almaqdan imtina edir.
“Gürcüstan bizdən tutalım ki, 25 qəpiyə kilosunu alırsa Gürcüstan öz gömrüyündə kilosuna görə də 25 qəpik gömrük alırlar. Onlarda soğan baha satılır. Bizdən ala biməyəndə Türkiyədən alırlar. Keçən dəfə Türkiyədən aldılar bizə dedilər ki, Türkiyədən almaq sizdən 20 qəpik daha ucuz başa gəldi. Amma indi Türkiyədə qiymət qalxdılğı üçün gözləyirlər ki, bizdə qiymət stabilləşsin gəlib aparsınlar” – deyə o bildirdi.
Elmar Qasımov FED.az-a müsahibəsi zamanı bildirdi ki, Azərbaycanda soğanın ən ucuz vaxtı sentyabrda olacaq. Onun sözlərinə görə, qiymətin hətta 15 qəpiyə də ola bilər. Bizdə ən ucuz vaxt sentyabrda olacaq. Ola bilər ki hətta 15 qəpik olsun. Bu qiymət maya dəyəridir.Məhsulu sahədə saxlamaq olmur yağışlar başlayır ona görə məcbur olursan satasan. Avqustun 15-dən sonra başlayırlar soyuduculara vurmağa malları qışa ehtiyyat üçün. Bu yenə qiyməti saxlamağa kömək olur.
"O qədər soğan gördüm ki 10 Azərbaycana bəs edər"
Bu il soğan çox əkilib. Mən dünən Ağdam Ağcəbədi zonasında oldum. Orda o qədər o qədər soğan var ki, 10 Azərbaycanı görər.
"Soğan xərcli təsərrüfatdı"
Elmar Qasımovun sözlərinə görə, soğan sahəsi böyük xərc tələb edir. Belə ki, o min manat damlamaya, 4200 manat məhsulun becərilməsinə, hər hektradan yığılan məhsula isə 1500 manat pul sərf etdiyini bildirdi.
“Soğan xərcli təsərrüfatdı. Mən 25 manat iki ayda fəhləyə əməkhaqqı vermişəm. 34 kiloluq kisənin biri 1 manata yığılır. Fəhləyə gündəlik 3 manat yol pulu verilir. Onların briqadirinə gündəlik 20 manat pul verilir.Bunlar hamısı xərcdir. Bunun günün istisində 37-40 dərəcə isti olur əziyyətli işdi. Soğan elə şeydir ki, yerə düşəndən uşaq kimi nazıyla oynamalısan. Bu dəqiqə mən hektara 13 kamaz peyin verirəm. Bu kamazı 50 manata alıram 20 manat da aqreqat sahəyə səpir. Min manata yaxın elə gübrəyə pul gedir. Biri var kübrə verəsən biri var peyin verəsən. Dərmanları hamısı xaricdən gəlir bahadır. Toxumlar da xaricdən gəlir bahadır. Toxumları ona görə xaricdən gəitirik onlar daha dözümlü olur . Türkiyədən NTN , mergi və digər növ soğan toxumları gətiririk” – deyə Elmar Qasımov qeyd edib.
Mənfəət
Təsərrüfat sahibinin sözlərinə görə, normalda bir hektardan 5 min manat mənfəət götürmək olur. Bu mənfəət məhsulun xarici bazara satılmasında da eynidir. Sadəcə bu zaman məhsul sahədə qalıb xarab olmur.
Elmar Qasımovun sözlərinə görə, əsas qazanc əldə edənlər məhsulu onlardan alıb Bakıya satmağa aparanlardır.
“Biz bir il əziyyət çəkirik əkib becəriirik onlar isə bizdən 30 qəpiyə bəzən də elə olur ki, hətta 15 qəpiyə alıb aparıb üstünə də 15 qəpik də pul qoyub satırlar. Mən 30 qəpiyə soğan satıramsa bunun 10 qəpiyi mənim xeyrim 20 qəpiyi isə xərcimdir.Onlar hazır məhsula şərikdirlər. Sahədə 50 nəfər işlədirəm hər gün onların əməkhaqqını verməliyən digər işlərə nəzərt etməliyəm. Bütün bu işlərə gğrə məhsulu özüm bazara çıxara bilmirəm” deyə Elmar Qasımov söyləyib.
“Soğanın xaricə çıxarılmasına 2 dollar rüsum qoydular”
Ən azı 30 qəpikdən verməliyik ki, biz soğanı əkək. Aprel ayında fərman verildi yolları bağladırlar . Soğanın ölkədən xaricə çıxamsı üçün hər kq 2 dollar rüsum qoydular. Bizdə etiraz etdik. Nazirlik sağolsun prezidentə çatdırdı şikayətimizi yolları açdırlar bizim məhsulumuz xarici bazarlara çıxdı. O məsələ çıxan kimi hamı başladı məhsulunu göy-göy yığmağa. Misal üçün yığmalı idi 40 ton yığdı 1 ton. Oan görə də soğanın qiyməti də düşdü 15 qəpiyə. Hamı çalışdı ki tez satsın. Ona gör biz yığışıb şikayət etdik. Məsələ öz həllini tapdı. Bundan sonra hamı yığımı dayandırdı. 300 tonda yerli bazara satdıq. Bu dəqiqə xaricdə də maraqlanırlar ki, Azərbaycan da misal üçün soğanın kilosu 30 qəpikdi gəlib alırlar əgər biz onlar üçün qiyməti artırsaq onlar gəlməzlər.
"Sovetin vaxtında soğanı 2 dollara satırdıq"
Soğanı 30-50 qəpiyə satırıq deyirlər ki, bahadır. Amma soğan baha deyil. Mən sovet vaxtında təsərrüfat briqadiri işləmişəm. Kolxozda rəhbər vəzifədə çalışmışam. O dövrlər bir dollar 51 qəpik idi. O vaxt soğanı 1 manata bəzən isə manat yarıma satırdıq . Onda soğan 2 dollara başa gəlirdi. Soğan baha başa gələn şeydi. Soğan əkənlərin çoxu bankdan kredit götürür o da qazancı olmayanda ziyan edir. 3 dənə hell alıb içib atırlar amma o pula soğan alanda nə qədər müddət evdə qalır və faydalı olur deyə - Elmar Qasımov bildirdi