Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya nə qədər Türkiyə ilə yaxınlaşsa da, Moskva Ankaranı Cənubi Qafqazda yaxın buraxmayacaq



Newscenter.az.13.07.2019. S400 Türkiyəyə təhvil verildi. Bu gün Zenit Raket Komplekslərinin ilk partiyası Türkiyəyə çatdırıldı. Bu raket kompleksləri Şərq-Qərb konfiqurasiyası arasında yerləşən Türkiyə üçün yeni nəticələr doğuracaq. Ümumiyyətcə S400 kompleksləri dünya və region üçün yeni nəticələr doğuracaq. NATO üzvü olan Türkiyənin, NATO-nun əsas rəqibi olan Rusiyadan silah almasında Qərbin və onun lideri ABŞ-ın da günahı var.

Türkiyə ilk öncə hava hücumundan müdafiə sistemləri üçün məhz NATO dövlətlərinə və ABŞ-a müraciət etmişdi. Həmin dövrdə Türkiyə Suriyada yeni əməliyyat keçirəcəyi ilə bağlı anonsda vermişdi. Bu addımına görə ABŞ tərəfi konqresdə təmsil olunan lobbi qrupları Türkiyəyə Patriot komplekslərini satmadı və ya təkliflər Türkiyəni qane etmədi. Vaşinqton bu addımı ilə Türkiyəyə cəza vermək istəyirdi. Türkiyə isə bundan sonra alternativ axtarışına çıxdı. O ərəfələrdə Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Erdoğanın üzr istəməsi, Türkiyə-ABŞ arasında fikir ayrılığının başladığı ərəfədə, Putin bundan məharətlə istifadə etdi və S400 mövzuları yayılmağa başladı. S400-ün həm Patriotdan ucuz olması həm keyfiyyətlərinin üstünlüyü həmçinin Rusiyanın ixrac prosedurlarında əlverişli təklifləri Türkiyəni qane etdi. Təbii ki S400 alqı-satqısını mən həmdə Türkiyənin məlum təyarə olayından sonra Rusiya ilə əlaqələri nizamlaması üçün konpensasiya kimi dəyərləndirirəm. Moskva üçün isə bu ticarət o baxımdan önəmli idi ki, Yaxın Şərqdə mühüm halqa sayılan Türkiyə ilə yaxınlaşsın. Həmçinin Moskva NATO dövlətinə özünün aparıcı raketini satmaqla dünya silah bazarında imicini artırmış oldu.

Türkiyədə S400-lə bağlı hər hansısa mənfi şərh İdlibdə hansısa prosesə təsir göstərirdi. Rusiya İdlibin Türkiyə üçün həssaslığını anlayaraq orada müəyyən təxribatlara əl atırdı. S400-ü Türkiyə bütün təhdidlərə baxmayaraq almalı idi. Çünki Ankaranın Rusiyaya,Suriyada ehtiyacı var. Moskva ilə əlaqələri qorumaq üçün bu silah alveri bir vasitə idi. Bununla həm də Türkiyə Qərbə göstərdi ki, istənilən an onlardan başqa tərafdaş tapa bilər. Hazırda dünya dəyişir və Yaxın Şərqdə ABŞ-la istənilən soyuqluqdan Çin və Rusiya istifadə edir. Buna görə Trump Yaxın Şərqin ərəb nəhəngləri ilə və digər dövlətləri bütün qeyri-demokratik addımlarına baxmayaraq göz yumaraq əlaqələri qorumağa çalışır. Bu amilləri önəmsəmir.

S400-ün təslim etməsindən sonra Erdoğan çalışacaq ki, həm ABŞ həmçinin Rusiya arasında manevr etsin. Türkiyə, Yaxın Şərqin açar dövlətidir. Ankara rəqiblərinin onun üzərinə nə qədər gələ biləcəyini gözəl bilir. Rusiya ilə yaxınlaşma taktikidir bunun strateji ola biləcəyini zənn etmirəm. Türkiyədə son dövrlər avrasiyaçılıq xətti genişlənsə də, Ankara Qərb ailəsinin üzvü olmağa davam edəcək. Lakin Türkiyə çalışacaq ki, Rusiya və Çinlə, Qərbə qarşı müəyyən bazarlıqla nəsə qoparsın. Türkiyənin Amerika ilə də əlaqələrini qoruması zəruridir. Çünki Türkiyə iqtisadiyyatı hazırda kövrəkdi və investisiyadan çox aslıdır. İnvesitisiya cəlb etmək üçün ,Qərb maliyyə mərkəzlərinə çıxışı qorumaq üçün ABŞ-la əlaqələri qorumaq zəruridir. Suriyadaki maraqlara görə isə Ankara Moskva ilə kompromisə davam etməlidir.

S400-lər Kipr adasında, Akkuyu AES-də quraşdırıla bilər. Türkiyəyə ilk öncə komplekslərin radar hissəsi çatdırılıb. Əslində radarlar sonda çatdırılmalı idi, lakin Türkiyə radarları Şərqi Aralıqda ki, gərginliyə görə ilk öncə istəyib. Rusiya maksimum çalışacaq ki, İki NATO dövlətinin arasını açsın və NATO hava məkanına daxil ola bilsin. Təbii ki Vaşinqton və Ankara bundan agahdır amma bunun üçün okeanın o tayından da siyasi korrektələrə ehtiyac var. ABŞ maksimum şəkildə S400-ün, F35-lərin sirlərini öyrənməməsi üçün Türkiyəyə təzyiq etməyə çalışacaq.

Rusiya və Türkiyə yaxınlaşmasının Qarabağa təsir edəcəyini zənn etmirəm. Çünki Rusiya nə qədər Türkiyə ilə yaxınlaşsa da, Moskva Ankaranı Cənubi Qafqazda yaxın buraxmayacaq. Ermənistan da məhz Türkiyəni Cənubi Qafqazdan uzaq tutmaq üçün Rusiyanın əlində vasitədir və hər nə olur-olsun Rusiya Ermənistanı Türkiyənin Cənubi Qafqazla dekordinasiyası üçün istifadə edəcək.

Kamran Sultanlı, politoloq
Xəbəri paylaş