Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir



Newscenter.az.15.07.2019. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkə regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlara dəstək məqsədilə BP və onun tərəfdaşlarının həyata keçirdiyi Sahibkarlığın İnkişafı Proqramı çərçivəsində “Kənd təsərrüfatı sektorunda KOB-ların inkişafına dəstək” təlimlərinə start verib.

Newscenter.az xəbər verir ki, bu təlimlər regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların öz fərdi təsərrüfatlarında keçirilir. Təlimlərin fərdi təsərrüfatlarda təşkil edilməsinin başlıca üstünlüyü sahibkarlar üçün daha faydalı və praktik olması, eləcə də təsərrüfatın düzgün idarə edilməsi, mövcud resurslardan daha səmərəli istifadə, planlaşdırma, məhsuldarlığın artırılması kimi məsələlərlə bağlı yerindəcə tətbiqi biliklərə yiyələnmək imkanının yaradılmasıdır.

Yevlax, Ağdaş və Tovuz rayonlarında istixana təsərrüfatı, toxum istehsalı, heyvandarlıq və meyvəçiliklə məşğul olan KOB-lar üçün təşkil olunmuş təlimlər artıq başa çatıb. Hazırda təlimlər ölkənin digər rayonlarında davam etdirilir.

Təlimləri uğurla başa vuran və əldə etdiyi bilikləri fərdi təsərrüfatlarında tətbiq edən KOB-lara sertifikatlar veriləcəkdir.
KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə reallaşdırılan və “Ekvita” şirkətinin ekspertləri tərəfindən həyata keçirilən təlimlər üç istiqamətdə - əməyin mühafizəsi, keyfiyyətin qiymətləndirilməsi və maliyyənin idarə edilməsi sahələrində aparılır.
Xəbəri paylaş