Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quba və Xaçmazda qanunsuz heyvan kəsiminin qarşısının alınması ilə əlaqədar reyd keçirilib



Newscenter.az.15.07.2019
. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Quba və Xaçmaz rayonlarında həyata keçirilib. Newscenter.az-a AQTA-dan bildirilib ki, reydlərdə AQTA əməkdaşları ilə yanaşı, yerli icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan cəmdəyinin hissələri aşkarlanıb, bəzi ətlərin üzərində möhürlərin olmadığı müəyyən edilib. Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa təqdim edilməli olduğu bildirilib.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

AQTA qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Orxan
Xəbəri paylaş