Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Əfqanıstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub


Newscenter.az.16.07.2019. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Maliyyə naziri Məhəmməd Humayun Qayuminlə görüşüb.

Newscenter.az-a nazirlikdən daxil olan məlumata görə, görüşdə iki ölkə arasında nəqliyyat, tranzit, eyni zamanda informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Həmçinin, qeyd olunan istiqamətlərdə birgə layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əfqanıstanlı nazir Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasında iştirak etmək məqsədilə Bakıya səfər edib.
Xəbəri paylaş