Newscenter.az.16.07.2019. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Agentliyin İctimai Şurasında təmsil olunan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə iyulun 19-da mikro, kiçik və orta sahibkarlar üçün “Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcək.
Newscenter.az-a Agentlikdən bildirilib ki, tədbirin təşkilində məqsəd sahibkarların bazarın öyrənilməsi, marketinq, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə edilməsi barədə məlumatlandırılmasıdır.
Seminarda iştirak ödənişsizdir.
Seminar saat 15.00-da, KOBİA-nın inzibati binasında (Ünvan: Atatürk prospekti, 134) keçiriləcəkdir.