Newscenter.az.26.07.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Newscenter.az-a DGK-dan bildirilin ki, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsədə yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 4 ədəd "Redmi Note 7", 1 ədəd "MI 8 lite", 1 ədəd "Samsung Galaxy A50", 1 ədəd "Samsung Galaxy A30", 2 ədəd, "Samsung Galaxy A20" markalı mobil telefonlar, 5 ədəd "qulaqlıq", mobil telefon üçün 11 ədəd qutu, 8 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.