Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvanda Qarabağ həyəcanı anlaşılandır



Newscenter.az.26.07.2019. Nikol Paşinyan və onun komanda üzvləri bir həqiqəti yaxşı anlayırlar ki, Qarabağ məsələsində istənilən bir taktiki səhv onların hakimiyyətinin sonunu gətirə bilər. Odur ki, Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan jurnalistlərə açıqlamasında haqlı olaraq qeyd edib ki, Ermənistanın əsas problemi Qarabağ ətrafında hadisələrin inkişafıdır.

Paşinyan başa düşür ki, Qarabağ məsələsinin "status-kvo" vəziyyətində, dondurulmuş halda saxlanılması Ermənistanın özünün təhlükəsizliyi üçün birbaşa təhdiddiir. Məhz bu amili nəzərə alaraq A.Qriqoryan bildirir ki,"biz təhlükəsizliklə bağlı baxışımızı genişləndirməyə ehtiyac görürük". Erməni strateqləri nəhayət ki, bu həqiqəti anlamalıdırlar ki, Ermənistanın geniş anlamda təhlükəsizliyi məhz Qarabağda işğalçılıq siyasətinə son qoymaqlarından və Azərbaycanla real sülh əldə etməkdən keçir. Azərbaycanla sülh anlaşmasına nail olmaq Ermənistanın təhlükəsizliyinin qarantına çevriləcək. Əks təqdirdə isə, Paşinyan və onun komandası erməni ictimaiyyətinə heç bir təhlükəsizlik zəmanəti verə bilməz və sıravi erməniləri Ermənistanın təhlükəsizliyinin etibarlılığına, möhkəmliyinə inandıra bilməz.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş