Newscenter.az.27.07.2019. "Artıq dünəndən sosial şəbəkə resurslarında və bəzi KİV-lərdə keçmiş nazir Qüdrət Quliyevin oğlu Murad Quliyevdən imtina etməsi barədə yanlış fikirlər formalaşdırılır. Belə ki, keçmiş nazirin oğlu Murad bu günlərdə “Azadlıq qəzeti” feysbuk səhifəsinə müsahibə verib. Bu müsahibəni Əli Kərimliyə yaxınlığı ilə seçilən sosial şəbəkə resursları “keçmiş nazir oğlu hakimiyyətə qarşı od püskürdü” başlığı altında tirajlayıblar".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov deyib ki, bundan dərhal sonra Əli Kərimli öz feysbuk səhifəsində bu məsələyə diqqət çəkərək guya hakimiyyətin təzyiqi ilə Qüdrət Qliyevin öz oğlundan imtina etməsi barədə fikir yaratmağa çalışıb:
"Nəzərinizə çatdırım ki, Qüdrət Quliyevin həmin bəyanatının mətni məndə var. Qüdrət müəllim həmin bəyanatda oğlundan imtina etməsi barədə heç bir fikir səsləndirməyib. Amma oğlunun bu düşüncələrini bölüşmədiyini, onu bu fikirlərinə görə qınadığını, Muradın təcrübəsizliyindən istifadə edərək bəzi radikal qüvvələrin bundan yararlanmaq istədiyini bildirib".
Təşkilat sədri onu da qeyd edib ki, zaman-zaman Əli Kərimli və onun kriminal ətrafının belə məsələlərdən yararlanaraq bəzi insanları şantaj etdiklərinin şahidi olmuşuq:
"Əli Kərimli və müxalifətin hələ də doxsanlarda qalmış qaraguruh hissəsi bu məsələni də bilərəkdən şişirdərək hakimiyyətin üzərinə qoymaq istədilər. Allnmadı. Çünki cəmiyyət artıq bu xaosçuların şər və böhtanlarından bezib. Otuz ilə yaxındır bunlar “çevir tatı, vur tatı” prinsipi ilə yaşayırlar. Ona görə də heç vaxt uğura çata bilməyəcəklər. Uğursuzlar. Alınmadı".