Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fermerlərin məhsulları Milli Yaylaq Festivalında nümayiş olunub



Newscenter.az.28.07.2019. Gəncə-Qazax iqtisadi rayonunun ərazisində “Milli Yaylaq Festivalı” keçirilib.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, əsas məqsədi yaylaq və elat ənənələrinin yaşadılması və təbliği olan festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutub. Festivalın keçirilməsinə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət qurumları tərəfindən də dəstək verilir. Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan el şənliyi 3 gün ərzində, iyul ayının 28-dək davam edib.

Qeyd edək ki, festivalda “Aqrar Tədarük və Təchizat” ASC də iştirak edib. Həmçinin, festival ərazisində Kənd Təsərrüfatı yanında fermerlərə dəstək məqsədilə yaradılan Aqrar Ticarət Şirkətinin 3 müxtəlif stendi- araba, alaçıq və promostend qurulub. Festivalın ilk günündən etibarən şirkətin yerli fermerləri dəstəkləmək və kənd təsərrüfatı sahəsini stimullaşdırmaq üçün yaradılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ), Kənddən Şəhərə və Şəhərdən Kəndə layihələri nümayiş etdirilib. Festival iştirakçılarına, xüsusən də kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarına, yerli fermerlərə layihələr haqqında ətraflı məlumat verilib. Bundan başqa festival ərazisində qurulan stendlərdə müxtəlif meyvə quruları, bal çeşidləri, “Kənddən Şəhərə” brend adı altında qablaşdırılan məhsullar (düyü, noxud, çay) və müxtəlif kənd təsərrüfatı məhsulları sərgilənir və satışı həyata keçirilib. Festivalda “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının dequstasiyası da həyata keçirilib .
Orxan
Xəbəri paylaş