Newscenter.az.28.07.2019. Hər il 28 iyulda qeyd olunan Ümumdünya Hepatit Günü find the missing millions şüarı ilə bu il də qeyd edilir.
Newscenter.az-ın xəbərinə görə, Health Baku Medical Centerin Qastroenteroloqu- hepatoloq doktor Aysel Əskərova bildirib ki, Hepatit A, B, C, D və E olaraq bilinən yoluxucu xəstəliklər qrupu haqqında qlobal məlumatlılığı artırmaq və qarşısının alınması, diaqnozu və müalicəsini təşviq etməkdir:
"Hepatit dünyada yüz milyonlarla insana təsir edir, kəskin və xroniki xəstəliklərə yol açır və hər il 1,34 milyon insanın ölümünə səbəb olur".