Hərbi pilotumuzun yaxın qohumları görülən tədbirlər barədə məlumatlandırılıb
Tarix: 28-07-2019, 09:00
Newscenter.az.28.07.2019. Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri ilə görüşüblər.
Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı pilotumuzun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.