Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxtəlif markalı ətirlər aşkarlanıb



Newscenter.az.29.07.2019
. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətirlər aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş