Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaraciyər transplantasiyası edilən xəstələrin 52-55 faizi Hepatit B və C virusuna yoluxmuş xəstələrdir.



Newscenter.az.29.07.2019. Mərkəzi Gömrük Hospitalında 28 iyul - Dünya Hepatitlə Mübarizə gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Hospitalın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi də bu günün əhəmiyyətinə toxunub, hepatitin törətdiyi fəsadları, ona qarşı mübarizə yollarını, bu virusun yayılma səbələrini, həmçinin müaliəsini açıqlayıb.

M.Kazimi bildirib ki, hər il bu günün qeyd olunmasında əsas məqsədlərdən biri hepatit viruslarının bütün dünyada aktual problem olduğunu, xəstələrə, cəmiyyətə nə qədər əngəl yaratdığını ortaya qoymaqdır:

“Əslində bu gün artıq bütün dünyada qeyd olunduğu kimi, Azərbaycanda da Dünya Hepatitlə Mübarizə Günü kimi qeyd olunur. Təbii ki, hepatitlərlə mübarizə hər zaman, hər gün olmalıdır. Bu işlə təkcə tibb müəssələri deyil, həm də cəmiyyət məşğul olmalıdır. Hər il bu tarixin qeyd olunması sanki xatırlatma xarakteri daşıyır. İnsanlar bilsinlər ki, bu problem nə qədər aktual və ciddidir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusundan əziyyət çəkən xəstələrimiz çoxdur. Bu xəstələrin böyük bir əksəriyyəti xroniki hepatit virus daşıyıcılarıdır. Onlar hepatit virus daşıyıcıları olduğu təqdirdə bu xəstələr müəyyən zaman çərçivəisində ən ciddi fəsadlardan birinə səbəb olur. Belə olan anda həmin xəstələr zamanında müalicə edilib araşdırılmalıdır. Xəstələr də buna biganə yanaşmayıb normal müalicə almalıdırlar. Təbii ki, hepatit B virusuna qarşı bütün dünyada illərdir artıq istifadə olunan, həmçinin ölkəmizdə də olan hepatit B əleyhinə peyvəndlər var. İnsanlar, həmçinin, bütün tibb işçiləri daxil olmaq şərti ilə hepatit əleyhinə mütləq peyvənd vurdurmalıdır. Çünki hepatit B əleyhinə peyvənd vurulduğu zaman insanların hepatit B virusuna yoluxma riski 0-a bərabər olur. Peyvənd vurulmadığı halda bu insanlar hepatit B virusuna yoluxur və nəticədə bu, qaraciyər xərçəngi, qaraciyər serrozu kimi ciddi fəsadlara səbəb olur. Hepatit B əleyhinə peyvəndləmə məqsədilə ölkəmizdə uşaqlar doğulduğu zaman doğum evlərində onlara peyvəndin ilk dozası vurulur. Lakin sonrakı dozası bir çox hallarda vurulmur. Biz görürürk ki, valideynlər bu məsələyə qeyri-ciddi yanaşırlar. Yəni növbəti peyvəndləmə prosesinə uşaqları aparmırlar. Hepatit B virusu elə bir virusdur ki, bu nəinki insanların bildiyi qan və cinsi yolla, eyni zamanda ailə içi münasibətlərdə də yoluxa bilir. Hepatit B virusu adi bədən suları, tər, öpüş və məişətdəki digər ünsiyyət vasitəlləri ilə yoluxa bilirlər. Ona görə hepatit B əleyhinə peyvəndlərin vurulması mütləqdir. Bu peyvəndlər vurulduğu zaman xəstələr özlərini ciddi risklərdən qorumuş olurlar”.

O, təssüf hissi ilə qeyd edib ki, Hepatit C virusuna qarşı istifadə olunan peyvənd yoxdur:

“Lakin bu, araşdırma mərhələsindədir. Hazırda isə hepatit C əleyhinə müalicədə ciddi dəyişikliklər, inkişaf var. Çünki tətbiq olunan dərman preparatları daha keçmişdəki kimi 6 aylıq, 1 illik şəklində deyil, hepatit C-nin 3-6 aylıq dərmanlar vasitəsi ilə tamamilə təmizlənb getmək şansı var. Buna baxmayaraq, Hepatit C Hepatit B virusu kimi ciddi bir virusdur ki, o da qaraciyər serrozu və qaraciyər xərçənginə gətirib çıxarıır. Bizim əməliyyat etdiyimiz xəstələrin içərisində təxminən 750-yə yaxın insan orqan transplantasiyası əməliyyatı olunub. Onların arasında həm böyrək, həm də qaraciyər transplantasiyası etdiyimiz xəstələr var. Qaraciyər transplantasiyası etdiyimiz xəstələrin 52-55 faizi Hepatit B və C virusuna yoluxmuş xəstələrdir. Baxın görün, bu problem nə dərəcədə böyük və aktualdır. Təbii ki, əməliyyatdan sonra xəstələrdə müəyyən suallar yaranır. Xəstələr soruşurlar ki, onlarda bundan sonra hepatit B və C virusuna yoluxma ehtimalı yarana bilərmi? Bu əməliyyatın əhəmiyyəti varmı? Bəli, bu əməliyyatı etmək vacib və əhəmiyyətlidir. Bu virusların geri qayıdıb orqanı sıradan çıxarma ehtimalı az da olsa, var. Amma hepatit C virusu ilə bağlı qaraciyər serrozu olan xəstələrdə əməliyyatdan qabaqkı müddətdə xüsusi müalicə verilir və bu müalicəinin təsiri altında hepatit C virusu tamamilə təmizləndikdən sonra xəstəyə orqan köçürülür. Hepatit B virusu ilə qaraciyər serrozu olan xəstələrdə isə onlara da eyni qaydada əməliyyatdan sonra xüsusi dərmanlar verilir. Bu dərmanlar 95-97 faiz hallarda hepatit B virusunu təmizləyir və bu xəstələr sağlam insana çevrilirlər. Gələcəkdə həmin insanlara bu virus geri qayıtmır.

Bir qrup xəstələr də var ki, hepatit B virusundan əziyyət çəkdikləri halda onlara əlavə hepatit D virusu da qoşulur. Bu halda da xəstələrə orqan köçürülməsi olar. Bizim xəstələrimiz arasında hepatit D virusuna yoluxmuş insanlar da var. Məsələ burasındadır ki, hepatit B virusunu təmizlədikdə hepatit D virusu da avtomatik təmizlənir və xəstələr sağlam həyata qovuşurlar.
Hepatit B virusuna vurulan peyvəndlər 95% insanların gələcək həyatında onları bu virusdan qorumuş olur”.
Xəbəri paylaş