Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tikinti şirkətləri qaz xətlərini zədələyir



Newscenter.az.29.07.2019. İstirahət günlərində qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində 2 rayonda qaz təchizatına məhdudiyyət qoyulub.

Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri onu qırıblar. Buna görə də 1300 abonentin qaz təminatı dayandırılıb.

Lənkəranda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abonent qazsız qalıb. “Azəriqaz” İB hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.
Xəbəri paylaş