Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMAL Yay məktəbində öyrəndiyim bilikləri gələcəkdə iş həyatımda tətbiq edəcəyəm


Newscenter.az.2.09.2019. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində 25 avqust – 1 sentyabr 2019-cu il tarixlərində Oğuz şəhərində AMAL Akademiyası çərçivəsində Yay Məktəbi təşkil olunmuşdur.

Aqrar sahə üzrə bilik və bacarıqların artırılması məqsədi ilə ödənişsiz qaydada təşkil olunan yay məktəbinə ümumilikdə 122 nəfər müraciət edib və onlardan yalnız 56 nəfəri təlimlərə qatılmaq şansı qazanıb. Yaş həddi 18-35 arası olan gənclərin seçimində əsas meyarlar - iştirak məqsədini izah edən motivasiya məktubu, ixtisas uyğunluğu və onların aqrar sahəyə maraqları olub.

Bu layihə mənə nə verdi?

Hər gün təşkil olunan təlimlərdə “Bazar Dəyər Zənciri”, “Fermer hüquqları”, “Fermerlərin bazara çıxışı”, “Maliyyə resurslarına çıxış və kreditlər”, “İnnovativ Kənd Təsərrüfatı”, “Kənd Təsərrüfatında qlobal tendensiyalar” və s. mövzularda biliklərimi dahada inkişaf etdirdim.
Layihədə nəzəri biliklərlə yanaşı, aqrar sahədə bacarıqlarımı artırmaq üçün seçilmiş kənd təsərrüfatı müəssisə və ya təsərrüfatlarına səfərlər edərək , istehsal müəssisələrində prosesi canlı izləyə və təcrübə toplaya bildim.
AMAL Yay Məktəbi aqrar sahəyə marağı olan bütün iştirakçılara çox fayda verəcək. Düşünürəm ki, Yay məktəbində öyrəndiyim bilikləri gələcəkdə iş həyatımda tətbiq edəcəyəm.

Orxan Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq Fakultəsinin 2 kurs tələbəsi, Aqrar İnkişaf Könüllüsü.
Xəbəri paylaş