
"Azərbaycan artıq yeni dövrə qədəm qoyur. Bu dövrdə qarşı-qarşıya duran tərəflərin müzakirə masası Bakıda qurulur".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirib. Onun sözlərinə görə, bu günlərdə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd aş- Şaaranın Azərbaycana işgüzar səfər etməsi, burada keçirdiyi görüşlər, eləcə də həmin səfər ərəfəsində Bakıda İsrail-Suriya danışıqlarının baş tutuması ilə bağlı yayılan xəbərlər belə deməyə əsas verir.
Millət vəkili deyib ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Deputat qeyd edib ki, məhz bu siyasət nəticəsində Azərbaycan təkcə regionun deyil, dünyanın lider ölkələrindən birinə çevrilir.
Süleyman