Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib



Newscenter.az.5.09.2019. Bakıda Dövlətlərarası Aviasiya Komitəsi ilə Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən Aviasiya Təhlükəsizliyi Sahəsində Koordinasiya Şurasının müşavirəsi keçirilib.

Newscenter.az xəbər verir ki, müşavirədə 6 ölkənin nümayəndələri və 2 regional təşkilatın mütəxəssisləri iştirak edib. Azərbaycan Respublikası tədbirdə Dövlət Mülki Aviasiya Agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi və Hava Nəqliyyatında Baş Polis İdarəsinin nümayəndələri ilə təmsil olunub.

Tədbirdə “Aviasiya təhlükəsziliyinin təmini üzrə ICAO-nun Qlobal Planı” və bu istiqamətdə üzv dövlətlər tərəfindən tərtib ediləcək yol xəritəsi müzakirə edilib. Mülki aviasiyada terrorçuluğa qarşı mübarizə formaları haqqında ətraflı danışılıb.
Özbəkistan və Azərbaycan tərəflərinin müraciətlərinə əsasən, 2016-2019-cu illərdə ICAO tərəfindən audit keçirilmiş ölkələrin – Belarus, Qazaxıstan və Rusiya Federasiyasının nümayəndələri auditə hazırlıq, aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılması üzrə tövsiyə xarakterli geniş məlumat verib.

Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyinin təmini üzrə Dövlət Proqramının və yeni qaydaların layihələri, həmçinin ölkəmizin hava limanlarında Daxili İşlər Nazirliyinin struktur bölmələri ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi arasında qarşılıqlı fəaliyyət və keçirilmiş birgə tədbirlər barədə ətraflı məlumat verilib.

Müşavirə iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportunun təhlükəsizlik sistemi ilə tanış olub, habelə Aviasiya Təhlükəsizliyi Baş İdarəsində sahələr üzrə müxtəlif görüşlər keçirib.
Elxan
Xəbəri paylaş