Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycana gprə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində dəyişiklər edilib


Newscenter.az.5.09.2019. “Rusiya rəhbərliyi Qarabağ münaqişənin həlli üçün danışıqların bu ölkədə keçirilməsində maraqlı deyil. Moskva Paşinyan və Əliyev görüşünü ona görə təşkil etmir ki, Kreml erməni "İnqilabçısını" qəbul etmir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, bundan sonra da aktiv şəkildə Putinin birbaşa iştirakı ilə belə bir görüşün keçiriləcəyi gözlənilmir:

“Əvvəllər hər üç dövlət başçısının mütəmadi belə görüşləri keçirilərək Qarabağ münaqişəsi müzakirə olunurdu. Qeyd edim ki, Rusiya Təhlükəsizlik şurasının katibi Patruşevin Ermənistan və Azərbaycana səfərində biz danışıqların intensiv keçirilməsini və Moskvanın vasitəçiliyi ilə liderlərin görüşünün təşkili barədə hər hansı mesajı görmədik. Patruşevin səfərində Azərbaycana Avrasiya İttifaqına üzv olmağı və KTMT müşahidəçi statusu təklif edilib. Məhz Ermənistanın veto hüququndan istifadə etməməsi Patruşev Yerevan səfərində razılaşdırılıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində dəyişiklər edilib və buraya tərəfdaş ölkələrin müşahidəçi kimi üzv olması öz əksini tapıb. Təbii ki, bu dəyişikliklərdə Azərbaycan da nəzərə alınıb”.

Politoloq hesab edir ki, əgər, Moskva Qarabağla bağlı hər hansı bir ciddi addım atmırsa, ya atacağı təqdirdə ölkəmizin Rusiyanın layihələrinə qoşulması müqabilində iki, ya üç rayon boşaldılırsa, buna qəti şəkildə getmək olmaz:

“Moskva ilə bu istiqamətdə danışıqlar aparılırsa ilk növbədə yeddi rayon qaytarılmalıdır. Hazırda cəbhədə nisbi sakitlik buna yönəlib”.
Xəbəri paylaş