Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Böyük Çin səddi” təqaüd proqramının nəticələri açıqlanıb



Newscenter.az.5.09.2019.
YUNESKO-nun Çin Xalq Respublikası (ÇXR) ilə birgə 2019-2020-ci tədris ili üçün elan etdiyi “Böyük Çin səddi” təqaüd proqramının nəticələri elan edilib. Proqram üzrə 1 nəfər Azərbaycan vətəndaşının namizədliyi təsdiqlənib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qalib namizəd Çinin “Shaanxi Normal University” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Çin dili” ixtisası üzrə təhsil alacaq.

Qeyd edək ki, təqaüd proqramının müddəti 1 ildir və tələbənin təhsil haqqı, yataqxana, eləcə də aylıq təqaüd və tibbi sığorta xərcləri ÇXR tərəfindən, yol xərci isə YUNESKO tərəfindən qarşılanacaq.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 15 fevral tarixində elan verilib.
R.Mehdiyeva
Xəbəri paylaş