Newscenter.az.5.09.2019. Sentyabrın 5-də səhər saat 10.00-dan etibarən orta təzyiqli qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonu, Sabunçu qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, bundan başqa ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı Xəzər rayonunun Şağan, Şüvəlan və Qala qəsəbələrində qazın verilişində qısamüddətli fasilələr yaranacaq.
Zaur