Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu təkcə Rusiya diaspora təşkilatlarının deyil, bütun dünyadakı Azərbaycan diaspora təşkilatlarının həyatında tarixi və şanlı bir hadisəyə çevriləcək
Newscenter.az.6.09.2019. Rusiya Federasiya hən yaxın qonşumuz, həm də bir çox məsələlərdə strateji tərəfdaşımız olduğundan bu ölkə ilə əlaqələri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlığı daha da orəli aparmaq zəruri amillərdən biridir. Nəzərə alsaq ki, bu prosesdə diaspor təşkilatlarının da rolu danılmazdır, o halda şimal qonşumuzda diaspor təşkilatlarımızın daha güclü, təsiredici olması başlıca şərtdir. Düzdür, dünyanın hər bir ölkəsində diaspor təşkilatlarımızın güclü, mütəşəkkil olması lazımdır. Ancaq Rusiya Federasiyasında bu işin daha məhsuldar həyata keçirilməsi olduqca vacibdir. Çünki, bir tərəfdən şimal qonşumuzda fəaliyyət göstərən erməni lobbisi, diaspor təşkilatları Rusiya-Azərbaycan münasibətlərinə hər an zərbə vurmağa çalışırlar, digər tərəfdən isə Rusiyanın rəsmi dairələrində mövcud olan ermənipərəst şəxslər Moskva-Bakı əlaqələrinə kölgə salmaqda maraqlıdırlar. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Rusiyada kifayət qədər soydaşımız yaşayır. Ona görə də, Rusiya Federasiyasında güclü Azərbaycan diasporuna ciddi ehtiyac var. Etiraf edək ki, zamanında şimal qonşumuzda diasporumuzun kifayət qədər güclü olub. Lakin sonradan bu istiqamətdə müşahidə edilən mənfi tendensiya diasporumuzun bir qədər zəıfləməsinə yol açıb. Günümüzdə isə şimal qonşumuzda diasporumuzun fəaliyyətində bir aktivlik müşahidə edilir.
Xüsusilə, bu tendensiya Rusiya Azərbaycanlıları İttifaqının təsis edilməsindən sonra özünü büruzə verməyə başlayıb. Bbir neçə ay əvvəl tanınmış iş adamı və fəal diaspor nümayəndəsi Fizuli Məmmədovun rəhbərliyi ilə təsis edilən Rusiya Azərbaycanlıları İttifaqı ötən müddət ərzində bir sıra uğurlu fəaliyyətlər ortaya qoyub. Yaxın vaxtlarda isə sözügedən ittifaqın təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumunun keçirilməsi nəzərdə tutulub ki, bu da diaspor işinə yeni bir nəfəs qatmış olacaq. Artıq foruma hazırlıq prosesinə start verilib.
Rusiya azərbaycanlılarının təşkilatlanması və mütəşəkkil şəkildə fəaliyyət göstərməsini təqdir edən Rusiya və Azərbaycan yaziçilar və jurnalistlər birliklərinin üzvü, Mirkazlm Seyidov deyib ki, günümüzdə şimal qonşumuzda daha aktiv, daha fəal olmaq olduqca zəruridir. Onun sözlərinə görə, Rusiya azərbaycanlılarinin diaspora fəaliyyətlərində cəmi bir dəfə tarixi hadisə yaşanib. Həmin hadisə 2001- ci ildə, Rusiya və Azərbaycan prezidentlərinin iştiraki və xeyir duasi ilə fəaliyyətə başlayan "Ümumrusiya Azərbaycan Konqressinin" yaradılmasi olub:
“Bu tarixi hadisədən sonra Rusiyanin çoxlu sayda regionlarinda yerli Azərbaycan milli- mədəni muxtariyyətləri və müxtəlif adlarda diaspora təşkilatlarının yaradılmasına baxmayaraq, biz lobbiçiliyə gedən düzgün yolu müəyyənləşdirə bilmədik. Təəssüflər olsun ki, elə bu əsas səbəbə görə də, yaşadiğimiz Rusiya dövlətində vahid birliyə nail ola bilməməyimizdən siyasi gücə də çevrilə bilmədik. Bunun da əsas səbəbini isə mən "Ümumrusiya Azərbaycan Konqresi" nin rəhbərlərinin səriştəsizliyində, konqresi vahid və bir mərkəzdən idarə etmə sisteminə çevirə bilməmələrində görürəm. Eyni zamanda bu nəcib iş üçün yaradılan konqresdən öz maraqlarını xalqın və dövlətin maraqlarından üstün tutaraq təşkilati gəlir mənbəyi kimi istifadə etmələri də buna səbəb olam amillərdən idi. Uzun illər bu kimi iyrəncliklər konqres rəhbərlərinin adi həyat tərzinə çevirilib. Fəaliyyətlər ancaq öz şəxsi məqsədlərinə xidmət edib, dövləti, xalqı və fəal diaspora təşkilatlarını , onların fəallarını tamamilə yaddan çıxardıb. Bu isə son nəticədə Rusiya Ədliyyə Nazirliyinin tələbi və məhkəmənin qərari ilə təşkilatın bağlanmasına gətirib çıxardı. Öz iyrənclikləri səbəbindən konqresin bağlanması diaspora təşkilatlarımızın və tarixi vətənimizin, dövlətimizin imicinə boyük ziyan vurdu. Ancaq təəssüflər olsun ki, uzun illər fəal diaspor təşkilatlarının əməli işlərinə nəinki dəstək olmayan, hətta onları yadlarina belə salmayan " keçmiş konqres rəhbərləri" öz çirkin niyyətlərilə öz işlərini davam etdirməyə səy göstərərək yeni bir təşkilat yaratdıqları barədə məlumatlar yayirlar. Çox ucuz və populist çıxışlar edərək yenidən fəal diaspora təşkilatlarını öz ətraflarına dəvət edərək onlara dəstək olmalarına çağırırlar. Hətta o qədər xəcalət çəkib utanmırlar ki, Azərbaycan dövlət strukturlarının və cənab prezidentimiz İlham Əliyevin adından da manupuliyasiya edirlər”.
Mirkazım Seyidov deyir ki, bu yaxınlarda sosial şəbəkələrdə Udmurtiya vilayətindən olan, Yaşa Paşayev adli bir şəxsin Rusiya diaspora təşkilatlarına müraciət etməsi ilə qarşılaşıb. Mirkazım Seyidov qeyd edib ki, həmin müraciətlə adıçəkilən şəxs həm özünü gülünc vəziyyətə qoyub, həm də yeni təşkilat açan Fazil Qurbanovun gücsüzlüyünü nümayiş etdirib:
“Yaşa Paşayev həmin müraciətdə iddia edib ki, kim bu gün Fazil Qurbanovun ətrafinda yoxdursa, deməli o, Azərbaycan Prezidenti İlham Əliyevin əleyhinədir. Guya Fazil Qurbanov prezidentin qohumudur. Artiq şərhə ehtiyac yoxdur. Mənim sualim Yaşa Paşayevə və Fazil Qurbanovadır. Nəyə görə prezident İlham Əliyevin adından manupuliyasa edərək sui- istifadə edirsiniz? İkinci sualim yenə diə Fazil Qurbanovadır. Hörmətli Fazil müəllim, prezidentin qohumu olaraq diaspora təşkilatlarına hansı dəstəyi vermisiniz və bundan sonra nə etmək fikrindəsiniz?. Prezidentin qohumu olmaq məsuliyyətdir. Siz əgər doğurdan da prezidentin qohumusunuzsa, heç vaxt imkan verməməli idiniz ki, ÜAK deyilən təşkilat bağlansın. Həmin təşkilatın bağlanmasi Heydər Əliyevin ruhuna hörmətsizlikdir, Azərbaycan dövlətinin və onun prezidentinin imicini aşağı salmaqdır. Həmçinin Rusiya azərbaycanlılarının üzünə tüpürməkdir. Bir sözlə siz və sizin ətrafınizdakılar Rusiya azərbaycanlılarına Heydər Əliyevin yaratdığı və həyata keçirdiyi tarixi hadisə sayilan duaspora quruculuğuna xəyanət edərək onu məhv etdiniz. Gələcək nəsil sizin bu hərəkətlərinizi bağişlamayacaq".
Mirkazım Seyidovun sözlərinə görə, bu gün ikinci dəfə diaspora təşkilatlarının güclənərək vahid birliyə çevrilməsi üçün çox gözəl bir şərait yaranib. Bu da cari il, aprel ayının 27-də təsis konfransı keçirilən Rusiya Azərbaycanlıları İttifaqıdır:
"Bu ittifaqin yaradılmasının təməlində də ulu öndərimizin tövsiyələri və onun irsinin zənginliyi dayanir. Oktyabrın 12-də Moskva şəhərindəki “Prezident” otelində baş tutacaq Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu təkcə Rusiya diaspora təşkilatlarının deyil, bütun dünya Azərbaycan diaspora təşkilatlarının həyatında tarixi və şanlı bir hadisəyə çevriləcək. Çünki 2001- ci idən bu günə qədər dunyanın heç bir yerində lobbiçiliyə gedən yolun təməlini monolitləndirmək , vahid və ümummilli birliyə nail olmaq və Azərbaycan diaspora təşkilatlarının güclənməsi üçün büdcə ayirmaq təsadüf olunmayıb. Ancaq 2020- ci ilə ayrilan büdcə forum iştirakçılarının müzakirəsinə veriləcək. Bundan əlavə forumda dövlətimiz və xalqımız üçün mühüm əhəmiyyət kəsb edən ən mühüm məsələlər diqqətlə müzakirə olunacaq. Təşkilatın hədəf gotürdüyü istiqamətlərdən biri də bizim Azərbaycandan kənarda yaşayan gənclərimizin yaşadıqları yerdə cəmiyyətin ictimai- siyasi həyatında fəal iştirakçya çevrilməsinə dəstək olmaq və onları məqsədyönlü şəkildə yaşadıqları cəmiyyətin müxtəlif istiqamətlərdə, siyasi partiyalarda, dövlət strukturlarında, siyasi arenalarda, seçkili orqanlarda təmsil olunmalarına şərait yaratmaqdan ibarətdir. Bundan əlavə forumda təşkilat özünün analoqu olmayan Ağsaqqallar Şurasını yaradacaq. Maraqlısı odur ki, Füzuli Məmmədovun təklifi ilə Ağsaqqalar Şurasına ən böyük səlahiyyətlər veriləcək. Mən sosial şəbəkələr vasitəsi ilə Azərbaycan diaspora təşkilatlarının rəhbərlərinə müracət edirəm. Bu bizim vahid qüvvəyə çevrilməyimiz üçün gözəl bir şansdir. Rusiya Azərbaycanlıları İttifaqının platformasi şəffafdir, demokratikdir və lobbiçiliyin möhkimlənmisinə, dövlətimizin güclənməsinə, hər bir azərbaycanlının rifahının yaxşılaşmasina hesablanib. Hər birinizi Rusiya Azərbaycanlıları İttifaqının ətrafinda six birləşməyə çağırıram. Gəlin həm forumun işində iştirakçi olun, həm də forumdan sonra keçiriləcək qurultaya qatılın, namizədliyinizi verin. təşkilatın prezidenti olmaq üçün özünüzü sinayın. Demokratik bir formada seçin , seçilin. Bu işlərin kökündə vətənə, dövlətə və xalqa təmənnasız xidmətin bariz nümunəsi dayanir. Rusiyada mövcud olan diaspora təşkilatlarının rəhbərləri həmişə təmənnasız xidmətdən zövq alıblar”.
NEWSCENTER.AZ