Newscenter.az.14.09.2019. Orta məktəblərin ətraflarında şagirdlərin və digər piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün mövcud piyada keçidlərinin yenilənməsi işləri davam etdirilir.
Newscenter.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, son iki həftə ərazində 30-dan artıq məktəb binasının ətrafında “piyada keçidi” üfuqi yol nişanlanma xətti bərpa edilib. Ümumilikdə ayın sonunadək 100-dən çox məktəbin ətrafında müvafiq işlərin görülməsi, çatışmayan yol nişanlarının quraşdırılması nəzərdə tutulub.
Anar