Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Samuxun Poylu kəndində mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilir



Newscenter.az.14.09.2019. Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, ilk səyyar satış Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka kəndində baş tutub. Sentyabr ayının 14-də Saratovka kəndində keçirilən satış zamanı 50 vətəndaş müraciət edərək 11,9 ton ammofos gübrəsi satılıb.

Bu gün Samuxun Poylu kəndində keçirilir.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərsiniz.

Orxan
Xəbəri paylaş