Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dovşançılıq təsərrüfatı yaradılır



Newscenter.az.16.09.2019. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda damazlıq məqsədilə cinslərdən ibarət dovşançılıq təsərrüfatı yetişdirilir.

Newscenter.az Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna istinadən xəbər verir ki, bu cinslərə “Kaliforniya”, “Yeni Zelandiya”, “Yapon” və “Karlik” aiddir. Cinslərin yetişdirilməsində əsas məqsəd heyvandarlıqda alternativ sahələrin inkişaf etdirilməsi, ətə olan tələbatın ödənilməsindən ibarətdir.

Qeyd edək ki, 92% hissəsi yeyilən hesab olunan bu heyvanın əti dietikdir. Ağ ətlər növünə aiddir. Xolesterinin miqdarı digər heyvanların ətləri ilə müqayisədə isə çox aşağıdır.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə qeyd edib ki, bu addım damazlıq məqsədi ilə atılıb və bu cinslər Azərbaycan Dovşançılar Assossasiyası tərəfindən instituta hədiyyə olunub.

Azərbaycanda cins dovşançılığın damazlığı olmadığı üçün birgə əməkaşlıq qurulub

Orxan
Xəbəri paylaş