Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaz sizması necə aşkarlandı?



Newscenter.az.16.09.2019. Bəzən qaz kəmərlərinə hava vurulması (kipliyə sınaq) məsələsi barədə yanlış fikirlər yayılır. Lakin bu üsulun nə qədər vacib olduğunu “Azəriqaz” İB-nin facebook sosial şəbəkəsində (https://www.facebook.com/watch/?v=2467881173456683) həvəskar çəkilişlə lentə alınan video materialda görmək olar.

Newscenter.az-a İstehsalat Birliyindən daxil olan məlumata görə, kipliyə sınaq üsulu ilə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndinə gedən 110 mm diametrində orta təzyiqli polietilen qaz xəttində sızmanı aşkar etmək mümkün olub. Sızmanın ləğvi üçün 420 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bir daha xatırladaq ki, qaz kəmərlərinin kipliyə yoxlanılması texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq tərtib olunmuş qrafiklər əsasında yerinə yetirilir. Kəmərin başlanğıcında quraşdırılmış qurğu vasitəsilə hava kompressoru ilə kəmərə işçi təzyiqdən 1-1,5 dəfə artıq təzyiq vurulur və 1 saat müddətində yoxlanılır. İşlər başa çatdıqdan sonra kəmərdə olan hava həmin kəmərin üzərində quraşdırılmış şamlar vasitəsilə tam üfürülüb çıxarılır.

Zaur
Xəbəri paylaş